Xidmət müqavilələrin sərtləşdirilməsi ilə bağlı maraqlı təklif: KVOTA

Xidmət müqavilələrin sərtləşdirilməsi ilə bağlı maraqlı təklif: KVOTA

28-29 aprel 2018-ci il tarixlərində keçirilən Milli Mühasiblər Forumunun sessiyalarında spikerlərin təqdimat  zamanı səsləndirdiyi maraqlı məqamları təqdim edirik

Forumun sessiyasında “Mülki hüquqi müqavilələr və onların bağlanmasının şərtləri” mövzusunda təqdimat edən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov mülki hüquqi xarakterli və əmək müqavilələrin hüquqi bazası, onlar arasında fərqlər və oxşarlıqlar haqqında məlumat verdi.

Sahib Məmmədov çıxışında xidmət müqavilələrinə tələblərin sərtləşdirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi müzakirələrdə səsləndirilən fikirlərə də münasibət bildirdi: “İclaslar zamanı təklif olunurdu ki, mülki xarakterli müqavilələr zamanı kvota müəyyənləşdirilsin. Bunun mənfi cəhətləri var. Tutaq ki, kvota 10 faiz civarında müəyyənləşdi. Zavodda 4 min nəfər çalışırsa, bu zaman həmin müəssisə qanunvericiliyin verdiyi fürsətdən su-istifadə edib 10 faiz işçisini əmək müqaviləsindən xidmət müqaviləsinə keçirəcək. Məsələnin başqa bir tərəfi, elə müəssisələr ola bilər ki, onların iş xarakterinə əmək yox, mülki xarakterli müqavilə tətbiq etmək daha uyğun gəlir. Bu kvotanın nəticəsində belə müəssisələrin fəaliyyəti zəifləyəcək”

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər