YENİLİK! Kiçik sahibkarlıq subyektlərində sadələdirilmiş uçotun aparılması Qaydaları ləğv edilir

YENİLİK! Kiçik sahibkarlıq subyektlərində sadələdirilmiş uçotun aparılması Qaydaları ləğv edilir

Xəbər verdiyimiz kimi, “Mühasiblərin peşəkarlığını müəyyənləşdirən meyarlar hazırlanır və bununla bağlı olaraq “Mühasibat uçotu haqqında” qanuna dəyişiklik ediləcək. Milli Məclisin müzakirəsinə təqdim edilən “Mühasibat uçotu” qanuna edilən digər dəyişikliyə əsasən, kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması qaydaları ləğv ediləcək.
Qeyd edək ki, “Mühasibat uçotu” haqqında AR Qanunun 9-cu, “Kiçik sahibkarlıq subyektlərinin maliyyə hesabatlarının tərtib edilməsi” adlı maddəsinə əsasən, kiçik sahibkarlıq subyektləri maliyyə hesabatlarını ya kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun Qaydalarına ya da  Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun şəkildə tərtib etməli idilər.

Maliyyə Nazirliyinin 03 fevral 2016-ci il tarixli, Q-03 saylı qərarı ilə “Kiçik sahibkarlıq subyektlərində sadələdirilmiş uçotun aparılması Qaydaları” təsdiq edilib. Həmin qaydalarda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2015-ci il tarixli 215 nömrəli Qərarıi ilə hesab olunan kiçik sahibkarlıq subyektləri hesab olunan fiziki və hüquqi şəxslər öz uçotu “Kiçik sahibkarlıq subyektlərində sadələdirilmiş uçotun aparılması Qaydaları” ilə apara bilər. Təklif olunan dəyişiklikdən belə nəticəyə gəlmək olar ki, artıq kiçik sahibkarlıq subyektləri də maliyyə hesabatlarını və uçotunu Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun aparacaq. “Kiçik sahibkarlıq subyektlərində sadələdirilmiş uçotun aparılması Qaydaları”dan istifadə keçid dövrü üçün nəzərdə tutulduğundan artıq ləğvinə ehtiyac duyulub.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər