www.mks.az saytından işəgötürənlərin işçi seçimi prosesinə həmkar dəstəyi

www.mks.az saytından işəgötürənlərin işçi seçimi prosesinə həmkar dəstəyi

www.mks.az saytı Azərbaycan Respublikasında fəaliyyət göstərən işəgötürənlər tərəfindən mövcud vakansiyalar üzrə işçilərin seçilməsi prosesində onlara dəstək məqsədilə öz xidmətini təklif edir.
Gündəlik elektron poçt ünvanımıza və telefonla edilən müraciətlər göstərir ki, iş axtaran həmkarlarımız (mühasib və insan resurrsları müətəxəssisləri) çoxdur və onlar ümid yeri kimi saytımıza üz tuturlar. İlkin olaraq bu ehtiyacın qarşılanması üçün digər saytlarda dərc olunan müvafiq elanları saytımızda yerləşdirirməyə qərar verdik. Ancaq görürük ki, bu, yetərli deyil.


Ona görə də dəyərli işəgötürənlərimizə müraciət edirik, öz vakansiya elanlarınızı mühasib və insan resursları mütəxəssislərinin daha çox ziyarət etdikləri www.mks.az saytında yerləşdirin ki, uyğun işçi seçimi prosesində əlavə vaxt və enerji xərcləməyəsiniz.
Dəyərli işəgötürənlər, birbaşa [email protected] elektron poçt ünvanımıza və ya Facebook səhifəmiz vasitəsilə göndərdiyiniz iş elanları operativ olaraq sayta yerləşdiriləcək.
İşaxtaranların da işinin yüngülləşdirilməsi, daha tez və asan şəkildə lazım olan vakansiya elanının tapılması məqsədilə yeni dizayn olunan, struktur baxımından sadələşdirilən və təkmilləşdirilən saytımızda müvafiq imkanlar təqdim olunur.
Nəşrlərimizdən faydalanan, bizimlə əməkdaşlığa önəm verən müştərilərimiz üçün elanların dərci ödənişsizdir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər