Mühasib və HR-ların sevimli saytı yeni dizaynda
www.mks.az saytı yeni dizaynda təkmilləşdirilərək oxucuların istifadəsinə verilib. Oxucuların saytdan rahat istifadə etməsi, xəbər, məlumat, şərh və açıqlamaları daha asan görməsi və faydalanması üçün sayt bütünlükdə yenidən işlənilib. Saytda menyular və və submenyular nəzərdən keçirilərək sistemləşdirilib, “İnsan resursları”, “Mühasibatlıq”, “Vergi”, “Sual-cavab” menyuları önə çıxarılıb və onların hər biri ayrı-ayrı dar istiqamətlər üzrə təsnifləşdirilib ki, bu da axtarılan məlumatın əlavə vaxt itkisi olmadan, daha tez və asan tapılmasına imkan verəcək.İş elanlarının təqdimatı da yenilənib ki, bu da saytdan operativ istifadəni təşviq edəcək.
Saytda təşkilatın məhsullar və xidmətlərilə bağlı müvafiq menyuda ətraflı məlumatlar yerləşdirilib. Bu məlumatlardan, eyni zamanda “Haqqımızda” menyusuna daxil edilən informasiyadan təşkilatın fəaliyyəti, təqdim etdiyi məhsul və xidmətlər, ümumilikdə mks.az saytının komandası barədə yetərli bilgi almaq mümkündür.
Sayt hər gün operativ şəkildə yenilənir, müvafiq məlumatlar parallel olaraq “Facebook” səhifəsində də (https://www.facebook.com/Monitor-Konsaltinq-218420374862224/) yayımlanır.
Saytın yeni mobil versiyası da təqdim olunub, artıq çətinlik çəkmədən, rahat şəkildə xəbərləri mobil qurğulardan izləmək mümkündür.
Saytın rəhbəri Anar Bayramov bildirib ki, saytla bağlı yeni ideyalarımız var, inşallah tezliklə onları həyata keçirəcəyik. Yeniliklərin oxucular üçün xoş bir sürpriz olacağını deyən sayt rəhbəri gercəkləşəcək ideyalarının Azərbaycanda bir ilk olacağını da dilə gətirib.
Fəaliyyətə başladığı dövrdən keçən heç də az olmayan bir müddətdə yeganə məqsədinin mühasib və HR həmkarlarına dəstək vermək, onların iş fəaliyyətində qarşılaşdıqları çətinliklikləri birgə dəf etmək, öyrətmək, eyni zamanda öyrənmək olduğunu vurğulayan Anar Bayramov deyib ki, məqsədimizin reallaşması yolunda gördüyümüz həmkar həmrəyliyilə bugünlərə gəlib çıxmışıq və məqsədimiz dəyişməyib.
O, oxuculardan saytın yeni dizaynı ilə bağlı rəy, təklif və iradlar gözlədiyini də sözlərinə əlavə edib.
0 Komment
Şərh yazın