Prezidentdən sosial müavinətlərlə bağlı SƏRƏNCAM

Prezidentdən sosial müavinətlərlə bağlı SƏRƏNCAM

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sərənca “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.1-ci maddəsində “dövlət qulluğunda xidmət illərinin minimum həddinə (5 il)” sözləri “dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il)” sözləri ilə əvəz edilib.


Belə ki, dəyişikliyə qədər dövlət qulluqçularına ömürlük müavinət «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğunda xidmət illərinin minimum həddinə (5 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda təyin edilirdi.
Artıq yeni dəyişikliyə əsasən isə, dövlət qulluğunda xidmət illərinin minimum həddi əvəzinə dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) olduqda müavinət təyin ediləcək.
Qeyd edək ki, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanunu ilə yanaşı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa da dəyişikliklər edilib:

1. 23.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”.
2. 23.2-ci maddə üzrə:
2.1. birinci cümlədə “qulluğunda xidmət illərindən” sözləri “qulluğu vəzifəsində qulluq stajından” sözləri ilə əvəz edilsin;
2.2. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:
“Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur.”.
3. 23.3-cü maddədə “qulluğunda xidmət illərinin minimum həddinə” sözləri “qulluğu vəzifəsində bu Qanunun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına” sözləri ilə əvəz edilsin.
4. 23.5-ci maddə ləğv edilsin.

Beləliklə, Dövlət qulluqçularına pensiyanın verilməsi üçün tələb olunan xidmət illərinin minimum həddi 5 ildən 15 ilə qaldırıldı.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər