Cinayət Məcəlləsinə əsasən, qanunsuz sahibkarlığın cəzası nədir?
Maddə 192. Qanunsuz sahibkarlıq
192.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma
vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə—
cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəza landırılır.
192.2. Eyni əməllər:
192.2.1. külli miqdarda ziyan vurduqda;
192.2.2. külli miqdarda gəlir əldə etməklə törədildikdə;
192.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə—
cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
0 Komment
Şərh yazın