Xaricdən gələn hansı tip malların gətirilməsi və poçtdan alınması qadağandır?
“Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi” qaydalarına əsasən, Azərbaycan Respublikasına fiziki şəxslər tərəfindən gətirilməsi və beynəlxalq poçt göndərişləri vasitəsilə ALINMASI QADAĞAN olunmuş malların siyahısı aşağıdakı şəkildədir:
• Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;
• radioaktiv maddələr;
• narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimat;
• əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;
• narkotik vasitələrin , psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar.
0 Komment
Şərh yazın