Kassada nə qədər pul çatmadıqda, vergi orqanı maliyyə sanksiyası tətbiq edir?

Kassada nə qədər pul çatmadıqda, vergi orqanı maliyyə sanksiyası tətbiq edir?

Vergi Məcəlləsinə 58.8-ci maddəsinə əsasən pul vəsaitin müyyən miqdarda uçotdan gizlədilməsinə və ya uçota alınmasına görə vergi ödəyicisinə sanksiya tətbiq edilir. Maddədə belə qeyd olunub:
 Xammalın, materialların, yarımfabrikatların, hazır məhsulların və digər sərvətlərin, habelə pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə vergi ödəyicisinə:
gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan çox olan hissəsinə — 5 faiz miqdarında;
il ərzində belə hallara təkrar yol verildikdə, gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan çox olan hissəsinə — 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər