ƏDV sub-uçot hesabından məbləğlər hara və necə ödənilə bilər?

ƏDV sub-uçot hesabından məbləğlər hara və necə ödənilə bilər?

Nazirlər Kabinetinin  30 dekabr 2007-ci il tarixli, 219 saylı qərarı ilə təsdiq etdiyi “Vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” qaydalarına əsasən  ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin köçürülməsi aşağıdakı ardıcıllıqla aparılır:
•  dövlət büdcəsinə;
• dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına;
• ƏDV sub-uçot hesablarına.
Qaydalarda bildirilir ki, alınmış vergi hesab-fakturasına əsasən alıcı öz ƏDV sub-uçot hesabından ƏDV məbləğini satıcının ƏDV sub-uçot hesabına köçürə bilər. Bu ödənişi aparmaq üçün alıcı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyul 2007- ci il tarixli, 120 nömrəli qərarına uyğun olaraq vergi orqanından aldığı xüsusi parol-şifrə vasitəsilə İnternet vergi idarəsinə (www.e-taxes.gov.az) daxil olur və yaradılmış ≪Köçürmə əməliyyatlarının aparılması≫ menyusundan istifadə etməklə ödənişi həyata keçirir. Əməliyyat başa çatdıqdan sonra proqram təminatı vasitəsilə alıcı köçürmənin aparılması haqqında bildiriş çap edə bilər. Satıcı alıcıdan ƏDV sub-uçot hesabından köçürmənin aparılmasını təsdiq edən bildirişi tələb edə bilər.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər