Məcburi köçkün və himayəsində uşaqları olan şəxs hansı sənədləri mühasibatlığa təqdim etməlidir?

Məcburi köçkün və himayəsində uşaqları olan şəxs hansı sənədləri mühasibatlığa təqdim etməlidir?

Nazirlər Kabinetinin “Əmək haqqından tutulan vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin siyahısı” qərarına məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər  Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məcburi köçkün statusu haqqında vəsiqəsini təqdim etməlidir.
Himayədə olanlara görə əmək haqqından tutulan gəlir vergisindən güzəşt aşağıdakı sənədlərə əsasən verilir:
  • Ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı;
  • Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayışları.
Qeyd edək ki, qərara əsasən, güzəşt hüququna malik olan şəxslər yuxarıda adları çəkilən sənədlərdən birini təqdim etməlidirlər.
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər