Hansı malları gömrükdən rüsüm ödəməməklə keçirmək olar?
Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydalarına əsasən, fiziki şəxslər tərəfindən yalnız şəxsi istifadə üçün zəruri olan miqdarda, o cümlədən Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilə bilər.
Bundan əlavə, fiziki şəxslər tərəfindən 125 qrama qədər nərə cinsli balıq kürüsü
gömrük ərazisindən keçirilə bilər. Həmçinin vətəndaşlar Azərbaycan Respublikasının gömrük sərhədindən fərdi istehlak üçün 3 litr alkoqollu içki, 3 blok siqaret və avtomobilin bakında texniki pasportu ilə nəzərdə tutulmuş miqdarda yanacaq keçirə bilər.
0 Komment
Şərh yazın