Vergi işçisinin biznesinin olmasına icazə verilir?

Vergi işçisinin biznesinin olmasına icazə verilir?

Azərbaycan Respublikasının Vergilər Nazirliyi Vergi işçisinin etik davranış Kodeksinə əsasən, vergi işçisi qanunvericiliklə icazə verilən sahələrdən başqa heç bir sahədə sahibkarlıq fəaliyyətlə məşğul ola bilməzlər. 
İşçi kənar sahədə işləmək üçün rəhbərliyə bu Kodeksə əlavə olunmuş formalı ərizə ilə müraciət etməlidir. Kənar sahədə çalışmaya dair ərizə hər il yenilənməlidir. Əgər yenilənmək üçün heç bir ərizə təqdim olunmayıbsa, kənar sahədə çalışma Kodeksin tələblərinin pozulması kimi qiymətləndirilir. Kənar sahədə işə qəbul olunmanın müddəti ərizədə öz əksini tapmalıdır. Ərizədə göstərilmiş müddəti keçən hər hansı bir məşğuliyyətə görə yenitəsdiq olunma lazımdır. Əgər məşğulluğun müddətinin uzadılması məlumdursa, yeni təsdiq olunma ilə bağlı təqdim olunmuş ərizə əvvəlki təsdiq olunmuş müddət başa çatmamışdan əvvəl təqdim olunmalıdır. Əgər müddətin uzadılması üçün səbəb əvvəlki müddətin sonuna qədər məlum deyilsə, yeni ərizə təqdim edilməli və fəaliyyət təqdim olunmuş yeni ərizə təsdiq olunanadək davam etdirilməlidir. Kənar sahədə işləmə müddətinin artırılması barədə xahiş qəbul olunmadıqda, işçi ona bu barədə yazılı münasibət bildirilməsi ilə əlaqədar əvvəlki təsdiq olunmuş müddət başa çatdığı gündən sonrakı gün həmin işdən çıxmalı və kənar sahədə məşğulluğu dayandırmalıdır. 
Kodeskdə qeyd edilir ki, işçilər vergi orqanlarındakı fəaliyyətlərinə və iş qabiliyyətlərinə mənfi təsir göstərən kənar fəaliyyətdən çəkinməlidirlər.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər