Lisenziya fəaliyyəti hansı hallarda dayandırıla bilər?

Lisenziya fəaliyyəti hansı hallarda dayandırıla bilər?

 

“Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında” qaydalarına əsasən lizenziyanln fəaliyyətinin dayandırlması aşağıdakı hallarda baş verir:

 

• lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

• lisenziya sahibi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanı tərəfindən ərizəçinin fəaliyyəti dayandırıldıqda;

• lisenziya sahibinin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;

• Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

Qeyd edək ki, lisenziya verən dövlət orqanı lisenziyanın fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi andan 3 gün müddətində yazılı şəkildə lisenziyaın sahibinə və dövlət ərazi vergi xidməti orqanlarına məlumat göndərir.Lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra lisenziyanın fəaliyyəti lisenziyanın sahibinin müraciətinə əsasən bərpa edilə bilər. Lisenziya verən dövlət orqanı tərəfindən bu barədə qərar qəbul edildikdə lisenziya bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edildiyi andan 3 gün müddətində lisenziyanın sahibinə və dövlət ərazi vergi xidməti orqanına məlumat göndərilir.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər