Vergi işçisi xidməti intizam qaydasını pozduqda, ona hansı intizam tənbehi tətbiq edilir?
“Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnaməyə əsasən, vergi orqanının vəzifəli şəxsi xidməti intizam qaydalarını pozduqda ona aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər:
1) töhmət;
2) sonuncu xəbərdarlıqla şiddətli töhmət;
3) 6 ay müddətinə aşağı vəzifəyə keçirmə;
4) xüsusi rütbəni bir pillə aşağı salma;
5) vergi orqanlarında xidmətinə xitam verilmə.
Əsasnamədə həmçinin qeyd edilir ki, vergi orqanının vəzifəli şəxsi ≪Korrupsiyaya qarşı mübarizə haqqında≫ Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur.
0 Komment
Şərh yazın