
Lisenziya müddəti hansı məhsullar üçün nə qədər müəyyən edilir?
Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmana əsasən, Lisenziya 5 il (alkoqollu içkilərin və etil (yeyinti) spirtinin istehsalı üçün 3 il, idxalı üçün isə 1 il) müddətinə verilir.
Təhsil fəaliyyətinə (dini təhsil müəssisələrinin fəaliyyəti istisna olmaqla) verilən lisenziyanın müddəti ≪Təhsil haqqında≫ Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Lisenziyanın qüvvədə olma müddətinin uzadılması lisenziyanın mövcudluğunu təsdiq edən sənədin yenidən rəsmiləşdirilməsi qaydasında həyata keçirilir. Müddəti bitmiş lisenziya etibarsız sayılır.
0 Komment
Şərh yazın