Ciddi hesabat blanklarında hansı zəruri rekvizitlər əks olunmalıdır?
Nazirlər Kabinetinin 118 saylı, 27 avqust 2004-cü il tarixli “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi” Qaydalarına əsasən Ciddi hesabat blankları iş xüsusiyyətlərinə uyğun olaraq özündə aşağıdakı zəruri rekvizitləri əks etdirməlidir:
1. ciddi hesabat blanklarının sifarişçisi:
• fiziki şəxs olduqda onun adı, atasının adı, soyadı və VÖEN-i;
• hüquqi şəxs olduqda adı və VÖEN-i;
2. ciddi hesabat blanklarını çap edən şəxsin adı və VÖEN-i, bu blankları təkrar çapdan müdafiə etmək məqsədi ilə gizli nişanları (xüsusi emblemi, toru, qoloqramı, su nişanları, xüsusi gizli nişanlarından istifadə etməklə, blankların müxtəlif yerlərində şəxsin adı və VÖEN-i);
3. ciddi hesabat blanklarının adı, seriya və nömrəsi;
4. təsərrüfat əməliyyatlarının məzmununu və ölçülərini əks etdirən məlumat qrafaları.
5. Təşkilatların və fərdi sahibkarların iş xüsusiyyətlərindən, təsərrüfat əməliyyatlarının xarakterindən asılı olaraq, ciddi hesabat blanklarına əlavə rekvizitlər daxil edilə bilər.
0 Komment
Şərh yazın