Kommersiya və ya bank sirlərini yaymağının cəzası nədir?
Maddə 223. Kommersiya və ya bank sirlərini təşkil edən məlumatların qanunsuz yolla əldə edilməsi və ya yayılması
Sahibkarın razılığı olmadan kommersiya və ya bank sirlərini təşkil edən malumatların tamah və ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsinə və ya yayılmasına görə, bu, az miqdarda ziyan vurduqda
• fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan əlli beş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.
Qeyd: Bu maddədə ≪az miqdarda ziyan vurduqda≫ dedikdə, yeddi min manatadək olan məbləğ başa düşülür.
1 Komment
QƏNİMƏT NƏZƏROV. 06 Fevral 2019
Əgər bank işçisi mənim şəxsi kredit məlumatımi tamamilə kənar şəxsə məlumat verirse həmən işçinin cəzası nədir.
Şərh yazın