Amerikalı psixoloq uğurlu evliliyin yollarını göstərir

Amerikalı psixoloq uğurlu evliliyin yollarını göstərir

Həyat yoldaşınızla bütün sirrləri bölüşməyə dəyərmi?
 
 
- Salam. Sizin cavablarınızı daim izləyirəm və öz həyatımda bunlardan istifadə edirəm. Buna görə Sizə minnətdaram. Sualım isə ondan ibarətdir ki, gənc ailədə xöşbəxtliyi təmi etmək üçün nələri etmək və ya etməmək məqsədəuyğundur? Misal üçün, kişi bütün sirlərini xanımı ilə bölüşdürməlidir?
 
Orxan Quliyev
 
Orxan, mən də sənin suallarını alqışlayıram və xoşbəxt bir evliliyin yaradılmasına və davam etdirilməsinə olan marağını təqdir edirəm. Tamamilə haqlısan ki, heç də evliliyin uğurlu olmasını taleyin öhdəsinə buraxmaq olmaz. İcazə ver, sənə 40 il evil olan 250 amerikan cütlük arasında keçirilən sorğunun nəticələrindən danışım. Bu sorğuda onlardan uzun və uğurlu evliliyin sirləri barədə soruşmuşdular. Daha sonra mən sənin soruşduğun digər növ sirrə - yəni sirr saxlamağa -  qayıdacam.
 
Bu sorğunu aparanlar uğurlu evliliyin olması üçün nə qədər əmək sərf edildiyini aşkarlayanda  çox təəccüblənmişdilər. Demək olar ki, bütün cütlüklər həyatlarında ciddi münaqişələrin və fikir ayrılıqlarının olmasını etiraf etmişdilər. lakin bir birlərinə və evliliklərinə qarşı olan çox güclü bağlılıq sayəsində, onlar bu kimi arzuolunmaz hadisələrin öhdəsindən gəlməyi öyrənmişdilər. Onlar buna aralarında münasibətlər pis olan vaxtlarda belə ünsiyyət yolu ilə nail olmuşdular. Onlar hiddətin üst-üstə yığılmasına imkan verməmişdilər, çünki bilirldiər ki, bu kin yığını onların evliliyini bitirəcək. Onlar fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etmişdilər, gülməyi və bir-birinə dəstək olmağı öyrənmişdilər. Tərəflərin heç biri digərini məmnun edəcək vəziyyətə nail olmayanadək məqsədindən vaz keçməmişdi. Onlar qəbul edirdilər ki, bəzən sevmək qalib gəlməkdən daha vacibdir.
 
Sorğu həm də onu göstərdi ki, uğurlu cütlüklər parallel şəkildə inkişaf edirlər. Sizin indi evlənəcəyiniz şəxs on ildən sonra eyni adam olmayacaq. Sizin özünüz də. Hər ikiniz dəyişəcəksiniz, xüsusən də kritik zamanlarda, məsələn ailəni qurduğunuz ilkin dövrlərdə, uzaq olsun, valideyninizi və yaxud da işinizi itirdiyiniz anlarda. Uğurlu cütlüklərin bir-birlərinə münasibətdə eyni qalmaq kimi gözləntisi yoxdur. Onlar başa düşürlər ki, dəyişikliyin olması labüddür. Onlar bəzi hallarda işlərin heç də mükəmməl olmayacağını və belə hallarda səbrli davranmağı və bir birlərinə anlayışla yanaşacaqlarını qəbul ediblər.
 
Bu sorğu (eləcə də, evlilik bağlı digər araşdırmalarda)  göstərir ki, evliliyin çiçəklənməsi üçün bir nömrəli sirr hörmətdir. Evliliyin təməlində hörmətə layiq olmaq və hörmətlə davranmaq dayanır: inam, yaxınlıq, səmimilik, və sevgi. Sevgi olmadan hörmət ola bilər, lakin hörmət olmadan sevgi ola bilməz. Biz səmimi, dürüst və bir-birimizdən asılı olmaqla hörmət qazanmış oluruq. Biz xırda və böyük formada hörmət nümayiş etdiririk, “xahiş edirəm”, “təşəkkür edirəm” kimi xırda nəzakətlilikdən tutmuş qarşı tərəfə daim maraq göstərməyimiz kimi böyük məsələlərə kimi. Uğurlu evliliklər bir-birinə qarşı mehriban olmaqla hörmət nümayiş etdirirlər, hətta çətin anlarda belə. Seks olmayan vaxtlarda onlar bir  toxunuşla, bir öpüşlə yaşayırlar. Onlar görüşməyə davam edir və özlərinin bir-birinin yerinə qoyurlar. 
 
İndi isə icazə ver, səmimiyyət və evlilikdə sirlərin saxlanılması məsələlərinə toxunum. Əlbəttə ki, inam və səmimiyyət uğurlu evlilik üçün vacibdir. Kiməsə düşündüyünü və hər şeyi söyləyə bilmək və həmin şəxs tərəfindən anlaşılmaq və qəbul edilmək həyatda ən gözəl hisslərdən biridir. Bunun nəticəsində yaranan yaxınlıq hissi uğurlu evliliyin qızıl standartıdır. Lakin bir çox səbəblər var ki, bütün bunlara az cütlüklər ömürləri boyu nail ola və qoruyub saxlaya bilirlər. Çoxlu belə sınaqlardan keçməklə, uzun müddət bir yerdə olan bir çox cütlüklər bəzi məsələlərin üstünü örtməyi öyrənir və özlərində elə sirrlər saxlayırlar ki, heç həyat yoldaşları ilə də onu bölüşmürlər. İnanıram ki, sirr saxlamaq və bəzi hallarda tamamilə səmimi olmamaq üçün tutarlı səbəblər var.  Bir-birinə qarşı səmimi olmaq o demək deyil ki, hər ağlınıza gələni, keçmişdə baş vermiş utandırıcı vəziyyətləri, arzuları, qorxunu və yaxud da fantaziyanı qarşındakı tərəflə bölüşəsən. Sizin hər bir münasibətdə, eləcə də evlilikdə də gizliliyi qoruyub saxlamağa haqqınız var. Bəli, xırda bir yalan da inama zərə vurur, lakin həddən artıq səmimiyyət də dağıdıcı və kobud ola bilər və cütlüklər arasında emosional məsafə yarada bilər. Siz qərar verə bilərsiniz ki, ürəyinizi boşaldasınız və ağrını qarşı tərəfə keçirəsiniz. 
 
Əsas olan açıqlılıq ilə alicənablıq arasında zərif bir balansın olmasıdır. Düzünü desəm, belə bir balans bir kəndirə bənzəyir. Onun üzərində yerimək də olar yıxılmaq da. Siz qərar verməlisiniz ki, hansı sirlər sizin yaxınlığınıza zərbə vurmayacaq və sizin evliliyi daha da möhkəmləndirəcək. Siz qərar verməlisiniz ki, hansı sirlər məsuliyyətdən qaçmaq, öz məqsədin güdmək deməkdir və sizin evliliyinizə, yaxınlığınıza zərər yetirəcək. Siz özünüz özünüzlə səmimi olmağı bacarmalısınız ki, sirləri saxlamaqda və bölüşməkdə sizin məqsədləriniz nədir. Əgər sizin hər hansı bir sirriniz varsa, lakin bunu bölüşməyə əmin deyilsinizsə, fikir verin görün özünüz o sirri saxlamaqdan nə qədər təsirlənirsiniz. Əgər siz hər hansı bir mövzuda söhbətdən yayınırsınızsa, əgər bir yalan digər bir yalana gətirib çıxarırsa, əgər siz tədricən həyat yoldaşınızla aranızdakı emosional məsafənin böyüdüyünü hiss edirsinizsə, əgər sizin qan təzyiqiniz qalxırsa, nəfəs almağınız çətinləşirsə, özünüzü həyəcanlı hiss edirsinizsə, bunlar siz müəyyən bir sirri bölüşməniz üçün işarətlərdir. Ümumiyyətlə, fakt və məlumatları həyat yoldaşınızdan saxlamaq, işdə olan problemləri açıq söyləməmək, kommunal ödənişləri etməmək, xəstə olduğunuzu bildirməmək, ailəniz və dostlarınız ilə xəlvətcə görüşmək, pulunuzu necə xərclədiyiniz haqqında yalan demək, kənarda bir eşq həyatı yaşamaq kimi sirlər evliliyə ziyan vurur.
Orxan, sənə bu vacib suallar üçün təşəkkür edirəm. Uğurlu evlilik diqqətli olmağı, çox çalışmağı və bəzən də kəndirbaz kimi kəndir üzərində yeriməyi tələb edir. 
Sənə uğurlar arzulayıram.
 
 

0 Komment

    Şərh yazın