Ünsiyyətdən qacanlar üçün! Amerikalı psixoloq dost qazanmağın sirrini "MK"-ə açıqladı

Ünsiyyətdən qacanlar üçün! Amerikalı psixoloq dost qazanmağın sirrini "MK"-ə açıqladı

Sual: Orxan soruşur ki, gələcəkdə Amerikada yaşamaq istəsə də, adaptasiya məsələsinin ona problem yaradacağını düşünür. Cünki həyatda ünsiyyətdən qaçan, utancaq və sakit insandır. Orxan üçün nələri məsləhət görərdiniz?

Cavab: Onu bildirmək istərdim ki, sən mehriban və səmimi insanların çevrəsində olmaqla özünü dəyişə bilərsən. Araşdırmalar göstərir ki, insanın qapalı və ünsiyyətcil olmasının fərqi yoxdur, başqaları ilə vaxt keçirmək insanlarda xoşbəxtlik hissi yaradır, əhval-ruhiyyəni yüksəldir. Bir araşdırma göstərib ki, insanın yalnız dua etdiyi zaman yalnızlığı qəbul ediləndir, bütün digər hallarda insanlar arasında olmaq daha məqsədəuyğundur. Orxan, əgər sən sakit təbiətli və ünsiyyətdən çəkinən halından razısansa və belə olan halda özünün xoşbəxt hiss edirsənsə, məncə bunun heç bir problemi yoxdur. Sənin ətrafında kifayət qədər adam var və sən digər sakit insanlar kimi Amerika mədəniyyətinə asanlıqla uyğunlaşa bilərsən. Xasiyyətin sənə imkan verəcək ki, aqqressiv insanlarla  ünsiyyətdən qaçasan. Avtomatik olaraq sənin sakitliyinə dəyər verən və təkbaşına qalmaq istədiyini anlayan insanlarla münasibət quracaqsan. Əgər sən dəyişmək istəyirsənsə, özünü istədiyin kimi apar! Ətrafındakılara qarşı nə qədər şən davransan, özünü bir o qədər şən hiss edəcəksən.
Yenə də bir tədqiqatın nəticələrinə istinadən onu demək istəyirəm ki, iddialı, söhbətcil olmaqla və macəranı sevməklə, hətta qapalı insanlar belə özlərini xoşbəxt hiss edə bilərlər.  Utancağlığın öhdəsindən gəlmək üçün, diqqətini sadəcə olaraq qarşı tərəfdə olan insana topla, insanların özləri haqqından danışmaqdan xoşları gəlir. Tez-tez gülümsəməyə çalış, suallar ver, tərəf müqabilinlə onun üslubunda danış, özünün bir zəif tərəfini söylə və özün-özünə gül. Hə, Orxan sənə bir sonuncu məsləhət də verim. Dost qazanmağın daha asan yolu dostunun dostu ilə dostlaşmaqdır. Bu halda sənin həmin adamla ortaq bir şeyin - yəni dostun olacaq.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər