Amerikalılar niyə övladlarını 18 yaşında sərbəst həyata atırlar yoxsa biz səhv edirik?

Amerikalılar niyə övladlarını 18 yaşında sərbəst həyata atırlar yoxsa biz səhv edirik?

Sual: Oxucumuz Kəmalə xanım bildirir ki, Amerikada olmasa da, kinolarda müşahidə edib ki, bu ölkədə uşaqlar orta məktəbi bitirdikdən
sonra ailədən ayrılırlar. Kəmalə xanım üçün maraqlıdır ki, uşağını sərbəst həyata belə tez buraxmaqda ailənin məqsədi nədir?
Cavab: Sual üçün çox sağ ol, Kəmalə. Uşağı böyütmək və tərbiyə etmək üçün müxtəlif maraqlı metodlar var və mədəniyyətlərdən asılı olaraq onlar dəyişir. Məsələn, İtaliyada övladın evlənənə qədər ailəsi ilə birlikdə yaşaması normal qarşılanır. Səhv etmirəmsə, elə sənin ölkəndə də belə-
dir. Təbii ki, bir çox ölkələrdə gənc qadınlar yaşlaşmış valideynlərinə qulluq etmək üçün ailələri ilə birlikdə yaşamalı olurlar. Baxmayaraq ki, bizdə də bəzi müstəsna hallar mövcuddur, ancaq bir qayda olaraq Amerika mədəniyyəti uşaqları 18 yaşına çatan kimi müstəqil həyata buraxmağa önəm verir. Fərqi yoxdur, uşaqlar bu zaman kollecə gedirlər, yoxsa iş axtarmağa. İdeal halda, valideynlər və yetkinlik yaşına çatmış gənc uşaqlar heç də sözün birbaşa mənasında bir-birlərindən ayrılmırlar. Bu zaman münasibət lərdə nisbi dəyişiklik baş verir və valideynlər geri çəkilməklə uşaqlarını sərbəst qərarlar verməyə həvəsləndirirlər. Amma, hətta bu zaman belə, valideynlər və övladlar arasındakı yaxınlıq, bir-birinə qayğı göstərmək və dəstək vermək ənənələri qalır. Fərdlərin hüquqları və müstəqillik anlayışları Amerika mədəniyyətində olduqca əhəmiyyətli yerə malikdir və bizim ölkənin təməl prinsiplə ridir. Bu prinsiplər müstəqillik və hüquqlarla bağlı bəyannamələrdə öz əksini tapıb. Ötən əsrin 90-cı illərinin ortalarında Erik Erikson
kimi məşhur qərb psixoloqları uşaq inkişafını öyrəndikdən sonra belə qənaətə gəlmişdilər ki, uşaqları valideynlərdən tədricən ayırmaq lazımdır ki, özlərini müstəqil təmin etmək bacarıqlarına yavaş-yavaş yiyələnə bilsinlər və həyatda digər insanlarla isti münasibətləri olsun. Uşaq inkişafı və valideynövlad münasibətləri barədə nəzəriyyələr müasir ədəbiyyata da yol tapıb. Hazırda bu sahədə çoxlu mütəxəssis çalışır və bu mövzuda
xeyli kitab yazılıb.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər