Amerikalılarar tənqid etməyi niyə xoşlamırlar yoxsa biz tənqid etməyi bacarmiriq?
Sual: Tural Məmmədovu isə maraqlandıran odur ki, niyə amerikanlar tənqid etməyi xoşlamırlar. Misal üçün, dostunun aldığı hər hansı geyim ona yaraşmasa da, tərifləyirlər. Ümumiyyətlə, konstruktiv tənqid necə olmalıdır ki, qarşı tərəf bundan inciməsin?
Cavab: Mənim digər mədəniyyət lərdə tənqidin yeri və ondan necə istifadə edilməsi barədə geniş məlumatım yoxdur. Amma inanı ram ki, amerikanlardan başqa da qeyri-həssas və düşüncəsiz olanlar var.
Bununla belə, düşünürəm ki, bəzi hallarda həqiqəti söyləməmək ən doğru hərəkətdir. Məsələn, uşaqlara münasibətdə bunu söyləmək olar. Eyni şeyi nisbətən zərif və həssas, tənqidin istənilən formasını düzgün başa düşməyən və bundan əziyyət çəkən yaşlılara da aid etmək olar. Qeyri-rəsmi vəziyyətlərdə suala sual ilə cavab vermək olar. Sual vermək olar ki, qarşı tərəf bu haqda nə fikirləşir. Məsələn, elə sənin misalındakı halda, soruşmaq olar ki, necə hesab edirsən paltar sənə yaraşırmı? Yalnız bundan sonra, qarşı tərəfin cavabından müəyyən nəticələr çıxardıb qərar verə bilərsən: Həqiqəti söyləsəm, məndən inciməz ki? Həqiqəti söyləməsəm bunun ziyanı olarmı? Hər iki halda, çalış yumşaq formada və alçaq tonda danış. İş yerlərində rəsmi münasibətlər çərçivəsində tənqidi konstruktiv formada çatdırmaqla bağlı isə müəyyən məsləhətlər verə bilərəm:
1. Əvvəlcə özünə diqqətlə nəzər sal. Əgər özündə qəzəb və hiddət müşahidə edirsənsə, tənqidi sənin çatdırmağın doğru olmazdı.
2. Tənqid etmək üçün düzgün vaxt və yer seçmək əsas şərtdir. Bunun üçün sizə ikinizin təkbaşına söhbət etməsi üçün yer və ən azı 30 dəqiqə vaxt tələb olunur.
3. Konkret danışmaq, köhnə palan içi töküb, nə vaxtsa baş vermiş səhvləri qabartmamaq lazımdır.
4. Cümlələrə “sən”lə deyil, “mən”lə başlamaq lazımdır. Burada əsas məqsəd öz hisslərinə sahib çıxmaqdır. Qətiyyən, qarşındakını alçaltmağı ağlından belə keçirmə. Səndən özünüqoruma instiktinin fəaliyyətini müvəqqəti dondurmaq tələb olunur. İnsan özünüqoruma mövqeyinə keçərsə, onun əsas diqqəti buna yönəldiyindən qarşı tərəfin nə dediyini anlamır.
5. Şəxsiyyət yönəlmiş ağır ifadələrdən istifadə etmə, özünü sakit apar.
6. Söhbət zamanı əsas diqqəti şəxsiyyətə deyil, davranışdakı olan problemə yönəltmək lazımdır. Məsələn, uşağa “Sən səhvsən” yox, “Sən səhv etmisən” demək lazımdır.
7. “Çalış ilk əvvəl özün başa düş, sonra başqaları səni başa düşsün” (Stefen Coveyin müəllifi olduğu “Effektiv insanların 7 davranışı” kitabından sitat).
Əvvəlcə fikirlərinizi bölüşdü kdən sonra insanlara deyin ki, sizə onların mövqeyini də bilmək olduqca maraqlıdır və əhəmiyyətlidir. Qulaq asan zaman söhbətə maraq göstərdiyini nümayiş etdir. Sən bu zaman reqlamentdən istifadə edə bilərsən, məsələn, hər bir şəxsə 5 dəqiqə vaxt ayırmaq lazımdır ki, fikirlərini tam ifadə edə bilsin.
8. Söhbətini müsbət tonla yekunlaşdır Müsbət fikirlər səsləndirin və məsələnin həlli üçün hər ikinizin atacağı addımları müəyyənləşdirin...
0 Komment
Şərh yazın