
Fərqli yanaşma
Menecerin sözləri ilə:
“Kompüter işə düşmür – administratoru çagırıram, administrator gəlir, əllərini göyə qaldırır, anlaşılmaz sözlər deyir, mənim stulumu öz oxu ətrafında 10 dəfə fırladır, kompüteri təpikləyir – o da işə düşür. Yenə əllərini göyə qaldırır, nə isə deyir və gedir.”
Administratorun sözləri ilə:
“Gəlirəm menecerin yanına, o səfeh o qədər stulda fırlanıb ki, komputerin elektrik kabeli dolanıb stulun ayagına. Özü-özümə söyürəm, kabeli açıram, kompüteri ayağım ilə geriyə dogru, stolun altına itələyirəm, kompüteri işə salıram və gedirəm”...
0 Komment
Şərh yazın