ÇÖRÇİLİN «SADİQ» FANATI
Bir gün İngiltərənin baş naziri Çörçil televiziyada çıxış etməliymiş. Fikirləşir ki, hələ vaxta var, bir az gəzim, gecədir, kimdir məni tanıyan, sonra taksiylə gedərəm. Belə də edir, bir az gəzəndən sonra oturur bir taksiyə, sürdürür televiziyanın qabağına. Taksi sürücüsü qaranlıq olduğundan onu tanımır. Çörçil xahiş edir, sürücü onu 45 dəqiqə gözləsin, pulunu ödəyəcək.
Sürücü razılaşmır:
- Bağışlayın, mən evə getməliyəm, Çörçilin çıxışı var, ona baxmalıyam.
Çörçilin bu sözdən xoşu gəlir, Gediş haqqını 10 funt sterlinq artıqlaması ilə ödəyir. Pulu görən sürücü deyir:
- Qardaş, Çörçil qələt eləyir, gözləyirəm səni, get, rahat-rahat işini gör.
0 Komment
Şərh yazın