DƏLIDƏN DOĞRU XƏBƏR?
Dəliləri təyyarəyə mindirib bir şəhərdən başqasına aparırlar. Dəlilər təyyarədə o qədər səs-küy salırlar ki, əsas pilot dözmür, təyyarənin idarəetməsinu ikinci pilota tapşıraraq salona girir ki, görsün nə baş verib. Salona daxil olan pilot gördüyü mənzərədən təəccüblənir. Dəlilərin hamısı səs-küy salsa da, yalnız biri heç nə olmamış kimi dinməzcə oturub. Pilot üzünü sakit dəliyə tutur:
- Sən niyə sakit oturmusan?
Dəli cavab verir:
- Mən bunların müəllimiyəm, onlar da mənim şagirdlərimdi. İndi tənəffüsdür, ona görə səs salırlar. Narahat olmayın, dərs başlayan kimi sakitləşəcəklər.
Pilot, çarəsiz geri qayıdır. Bir müddətdən sonra səs-küy tamamilə kəsilir.
Pilot əvvəlcə buna sevinir. Amma dəqiqələr, saatlar keçir, salondan səs gəlmir. Pilot narahat olmağa başlayır, salona girəndə görür ki, içəridə müəllimdən başqa heç kim yoxdu, hövlanak soruşur:
- Şagirdlərin hanı?
Dəli heç kefini də pozmur:
-Dərslər qurtardı. Hamısını evlərinə göndərdim!
0 Komment
Şərh yazın