Qiymətli- Hədiyyə --- Yanvar ayının LƏTİFƏSİ---
Qırmızı körpüdə növbədə olan üç gömrük işçisi iş yoldaşlarına ad günü münasibətilə hansı hədiyyə verməyi müzakirə edir. Gömrükçülərdən biri deyir:
- Gəlin, ona “Mersedes-600” hədiyyə edək.
Digərləri etiraz edirlər:
- Onun “Mersedes-600”-ü var.
İkincisi deyir:
- Onda Kanar adalarında mülk bağışlayaq.
Digərləri yenə etiraz edirlər:
- Onun Kanar adalarında 9 mülkü var.
Üçüncü gömrükçü deyir:
- Onda gəlin, hədiyyə kimi bugün bütün növbəni işləməyi ona həvalə edək.
Digər iki gömrükçü eyni vaxtda qışqırır:
- Dəli olmusan? Ona bu qədər qiymətli hədiyyə vermək olar?!
0 Komment
Şərh yazın