Yadıma düşdü, harda görmüşəm səni

Yadıma düşdü, harda görmüşəm səni

Professor imtahan götürdüyü, əsəbindən dili-dodağı əsən tələbəsinin həyəcanını götürmək üçün mehribanlıqla gülümsəyir:
-    Mənə elə gəlir ki, biz tanışıq. Sizinlə əvvəllər hardasa qarşılaşmamışıq ki?
Tələbə sıxıla-sıxıla dillənir:
-    Mən keçən il Sizə imtahan vermişəm, təəssüf ki, o vaxt kəsildim.
Professor tələbəyə ürək-dirək verir:
-    İnşallah bu il kəsilməzsən. Yadında deyil, keçən il sənə verdiyim birinci  sual necə olmuşdu?
Tələbə suçlu-suçlu mızıldayır:
-    Sizinlə əvvəllər hardasa qarşılaşmamışıq ki?

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər