Üç tarixçə

Üç tarixçə

Yenicə ailə həyatı qurmuş ingilis, fransız və azərbaycanlı təzə gəlin söhbət edirlər. İngilis deyir:

- Toyun səhərisi günü ərimə dedim ki, mən nə qab-qacaq, paltar yuyacam, nə də ev yığışdıracam. Bundan sonra o dinməzcə evdən çıxdı. Onu bir gün görmədim, iki gün görmədim, üçüncü gün gəldi, özüynən bir robot gətirdi. İndi mən oturmuşam kral qızı kimi, robot bütün işlərimi görür.

İngilis sözünü bitirən kimi fransız təzə gəlin dillənir:
- Mən elə toy gecəsi ərimə dedim ki, sənə qulluqçu gəlməmişəm. Yumaq, yığlşdırmaq mənim vəzifəm deyil. Səhərisi durdum ərimi görmədim, bir gün, görmədim, iki gün görmədim, üçüncü gün axır ki, gəldi. Yanında da qulluqçu. Artıq o bütün işləri görür, mən də dincəlirəm.
Növbə azərbaycanlıya çatır. Azərbaycanlı gəlin deyir:
- Mən də toydan sonra ərimə dedim ki, anam məni sənə qulluqçu verməyib ki. Əlimi agdan qaraya vuran, istidən çıxarıb soyuğa salan deyiləm. Bundan sonra mən onu bir gün görmədim, ikinci gün görmədim, üçüncü gün sol gözümün şişi bir az yatdı, dumanlı da olsa sifətini görməyə başladım.

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər