Tumsatanın kredit fəlsəfəsi

Tumsatanın kredit fəlsəfəsi

İki azərbaycanlı Amerikaya köçür. Xeyli çalışıb vuruşurlar, amma ingilis dilini bilmədiklərindən gün-güzəran düzəldə bilmirlər. Onlardan biri 1 kisə tum alır, gedir oturur «Bank of America»nın ofisinin qarşısındakı parkda, başlayır tum satmağa. Bir həftəyə babat pullanır. Bir gün dostu tumsatanın yanına gəlir, yalvarıb yaxarır ki, 200 dollar əlborcu versin, bir qızla tanış olub, onu restorana aparmalıdı. Tumsatan azərbaycanlı dostunun xahişindən bərk əsəbiləşir, amma xətrinə dəyməmək üçün deyir:
- Bilirsən, vallah verərdim, amma bu bankı görürsən, mənim onlarla razılaşmam var. Danışmışıq ki, mən heç vaxt borc verib, onların bazarına girməyəcəm, onlar da heç vaxt tum satıb mənim bazarımı öldürməyəcəklər.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər