Tanınmış hüquqşünasdan Bakıda doğum evində baş verən qandonduracaq cinayət işi haqqında açıqlama
Aqil Layic: “Doğum evində ölü doğulduğu olduğu bildirilən uşağın nə ölüsü nə dirisi ailəsinə verilmir”
Bu barədə tanınmış hüquqşünas Aqil Layic Facebook sosial şəbəkəsində paylaşma edib: “Xanımın uşağı olur və sonra bir neçə saat ərzində iddalara görə uşaq ölür. Anasına və atasına ölüm barədə xəbər verilmir və müxtəlif bəhanələrlə valideynlərə həqiqəti demirlər. Sən demə uşaq Hovsanda həkimlərin və ya xəstəxananın təşəbbüsü ilə basdırılmış, düz bir həftə valideynlərinə səhv məlumat verirlərmiş. Uşağın atası isə düz bir həftə basdırılan balası üçün dərman və pampers daşıyırmış. Reallıq ondan ibarətdir ki, uşağın ya ölüsü, ya da dirisi tapılmır. Ailə uşağın qalıqlarını istəyir ki, əgər ölübsə həmin qalıqları aldıqları qəbirdə basdırsınlar.Ekshumasiya edilən və ekspertiziyaya təqdim edilən uşaq, zərərçəkmişin uşağı olmaması müəyyən edilib.
Hazırda ictaatımda olan bu işin həm cinayət icraatı konteksində, həm də mülki icraat konteksində prosesləri davam edir
Həqiqətən də işin içində daxil olmasan, kiminsə sənə bu iş barəsində danışması adama fantaziya və nağıl gələrdi. Amma bu reallıqdır. Uşağın dirisi və ölüsü yoxdur.”
0 Komment
Şərh yazın