DÜNYANIN 14 QADIN MÖCÜZƏSİ

DÜNYANIN 14 QADIN MÖCÜZƏSİ

“MK”-nın 13-cü sayından məqalə

DÜNYANIN 14 QADIN MÖCÜZƏSİ

Dünyada 100-dən artıq milyardçı qadın var. Ancaq onlardan yalnız 14-ü bu sərvəti  istedadı və alın tərilə qazanıb. Sizə təqdim olunan 14 qadının bəziləri biznesə ərləri və ya qardaşları ilə başlasalar da, Coan Roulinq və Opra Uinfri kimi milyardçılar bu işdə qohumlarının yardımına ehtiyac duymayıblar.

U Ya Tsüzün    
Sərvəti: $3.9 mlrd.


«Longfor Properties» daşınmaz əmlak şirkətinin baş direktoru. Tsüzün 4 il fabrikdə mühəndis, 5 il isə informasiya agentliyində jurnalist işlədikdən sonra öz işini qurub. Hazırda Çinin onlarla şəhərində mülkləri var.

Rozaliya Mera
Sərvəti: $3.5 mlrd.


Evdə paltar tikməklə ərinə kömək edib. Sonradan ev ticarəti dünyanın ən uğurlu paltar biznesinə çevrilib. Bir neçə il əvvəl ərindən ayrılsa da, «Zara» brendinə sahib olan «Inditex» şirkətində 7%-lik səhm paketi var.

Yelena Baturina
Sərvəti: $2.9 mlrd.


Moskva meri Yuri Lujkovun xanımı Moskva Menecment İnstitutunu bitirsə də, ilk işi fəhlə olub.  1991-ci ildə plastik mebel və qab-qacaq biznesinin əsasını qoyub, sonralar isə inşaat işlərinə və tikinti materialları istehsalına girişib.

Doris Fişer
Sərvəti: $2.4 mlrd.


1969-cu ildə mərhum əri Donaldla «Gap» şirkətini yaradıb. Bir neçə kiçik cins və musiqi mağazası illər ötdükcə 3000 ticarət nöqtəsindən və «Banana Republic», «Gap Kids» və «Old Navy» kimi məşhur brendlərdən ibarət imperiyaya çevrilib.

Syu Li Hoken
Sərvət: $2.4 mlrd.


«Renhe Commercial Holdings»in böyük səhmdarı olan Böyük Britaniya vətəndaşı. Şirkət keçmiş yeraltı hərbi obyektlərdə ticarət mərkəzləri qurub.
 
Opra Uinfri
Sərvəti: $2.4 mlrd.


Tənha ananın övladı olan Opra uşaqlığını nənəsinin Misssipidəki fermasında keçirib. Onun məşhur tok-şousu 1986-ci ildən efirə çıxır. Omranın media imperiyasına müxtəlif verilişlər, «O» jurnalı və çox məşhur kitab klubu daxildir.

Culiana Benetton
Sərvəti: $2.1 mlrd.


1965-ci ildə qardaşları Luçano, Karlo və Cilberto ilə «Benetton Group» şirkətini yaradıb. Şirkətin «United Colors of Benetton» və «Sisley» brendləri altında satdığı məhsulun həcmi ildə $2.7 mlrd.-a çatır. Karyerasının ilk illərində Culiana sviter tikər, qardaşı Luçano isə onu velosipedlə alıcılara daşıyarmış.

Çu Lam Yu
Sərvəti: $2.1 mlrd.


Çinin böyük tütün kombinatlarına siqaret üçün ətirlər istehsal edən «Huabao International» şirkətini rəhbəridir. Şirkət bundan əlavə, yuyucu vasitələr, içkilər və un məmulatları üçün ətirli və dadlı əlavələr istehsal edir.

Çjan Sin
Sərvəti: $2 mlrd.


Əri Pan Şi ilə «Soho China» daşınmaz əmlak şirkətini yaradıb.Ötən il «Soho Cina» Pekində $586 mln.-a 5 ha torpaq alıb. Bu hadisəyə qədər Çində heç bir qeyri-dövlət şirktəi bir dəfəyə bu qədər torpaq almamışdı.

Yan Çeun
Sərvəti: $1.7 mlrd.


Çinin kağız kraliçası 8 uşaqlı zabit ailəsində doğulub. 1985-ci ildə Honkonqa maklatura  idxal edib, sonra bir müddət ABŞ-da təkrar emal zavodunu işlədib, nəhayət, Çinə qayıdıraq əri və qardaşı ilə hazırki kağız imperiyasını - «Doqquz əjlaha»nı qurub.

Meq Uitmen
Sərvəti: $1.3 mlrd.


«eBay»ın keçmiş rəhbəri bir müddət əvvəl Kaliforniya qubernatoru postuna keçirilən ilkin seçkiləri udub. Bunun üçün o öz cibindən $70 mln. xərcləyib. Siyasətin dadını o, 2008-ci ildə Con Makkeynin qərargahında çalışanda dadıb. O vaxtdan «P&G», «Disney i Hasbro» «PayPal», «Skype» və «StubHub» brendlərinin sahibi biznesin daşını ataraq aktiv siyasətə qoşulub.

Çan Layva
Sərvəti: $1.1 mlrd.


Pekinin nüfuzlu məhəllərində daşınmaz əmlak biznesilə məşğul olur. Onun müştəriləri arasında «Regent», «Ferrari» və «Lamborghini» kimi məşhur adlar var. Çan həm də Çindəki məşhur Səndəl Ağacı Muzeyinin yaradıcısıdır.

Ley Tszyüyfan
Sərvəti: $1.1 mlrd.


Ağrıkəsici məlhəm, toz və kompress istehsal edən «Tibet Cheezheng Tibetan Medicine» şirkətinin sahibidir.
 
Coan Roulinq
Sərvəti: $1 mlrd.


Müavinətlə yaşayan tənha ana Roulinq 1997-ci ildə ilk kitabını yazıb. Bir il sonra «Harri Poter və fəsləfə daşı» kitabı ABŞ-da dərc olunduqdan sonra ədəbi sensassiyaya çevrilib. Onun ssenarisi əsasında Potter haqqında çəkilmiş 6 film 5 milyard dollardan çox gəlir gətirib.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər