Əmanətlərin geri qaytarılması bağlı 5 vacib sualın cavabı
ƏMANƏTLƏRİN VERİLMƏSİ NƏ VAXT BAŞLAYIB VƏ SONA ÇATACAQ?
- Sərəncama əsasən əmanətlər il yarım ərzində ölkə vətəndaşlarına qaytarılacaq və proses iyunun 1-də başlanılacaq. Bu tarixdən etibarən vətəndaşlar Kapital Banka müraciət edərək öz əmanətlərini geri götürə bilərlər. Nəzərə alsaq ki, sovet banklarında olan əmanətlər rublla idi və Azərbaycan manatı ilə əvəz olunmasına ehtiyac var. Əmanətlərin son verilmə tarixi isə 2013-cü ilin dekabrın sonudur.
HANSI DÖVRƏDƏK QOYULAN ƏMANƏTLƏR GERİ QAYTARILACAQ ?
- Fərman 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan və həmin Bankın hüquqi varisi “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətində olan əmanətlər əsas götürüləcək.
ƏMANƏTLƏRİN GERİ QAYTARILMASININ HESABLANMASI NECƏ OLACAQ?
- Əmanətlərin qaytarılması cədvələ görə əmanətlər intervalla geri qaytarılacaq. Yəni 2000 rubla qədər olan əmanətlərin hesablanması qaydası daha yüksəkdir. Hər qəpiyə görə 75 manat ödəniləcək. Əgər vətəndaşın sovet bankında 2000 rubl pulu olubsa, o zaman 300 (2000/500*75) manat alacaq. Yox əgər əmanətçinin pulu 2000 rubldan çoxdursa və 5000 min rubldan azdırsa 300 manatdan əlavə hər qəpiyi 50 manata vurmaqla əmanətin məbləği hesablanacaq. 5000 rubldan 10000 rubla qədər olduqda 600 manatdan əlavə, əmanət qalığının hər bir qəpiyinə 40 manat. Sonuncu olaraq 10000 rubldan yuxarı 1000 manat + 0,2 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 25 manat hesablanacaq.
Misallar üçün hesablamlara nəzər salaq:
Əmanət -- 1000 rubl (qalıq 0,02) AZN - Ödəniləcək məbləğ -150 manat
Əmanət -- 3000 rubl (qalıq 0,06) AZN - Ödəniləcək məbləğ -400 manat
Əmanət - 10 000 manat (qalıq 0,2) AZN - Ödəniləcək məbləğ -1000 manat
Əmanət - 15 000 manat (qalıq 0,3) AZN - Ödəniləcək məbləğ -1250 manat
ƏMANƏTLƏRİ GERİ QAYTARMAQ ÜÇÜN HARA VƏ HANSI SƏNƏDLƏRLƏ MÜRACİƏT EDİLMƏLİDİR?
- Bildiyiniz kimi, əmanətlərin qaytarılmasına Kapital bank baxacaq. Bu bank müvəkkil bank olaraq əmanətlərin geri qaytarılmasını həyata keçirir. Vətəndaşlar həmin banka və onun filiallarına müraciət etməklə istədikləri suallara cavab tapa bilərlər. Bu zaman onlar əmanət kitabçası, şəxsiyyəti təsdiq edən sənədlə banka müraciət edəcəklər.
ƏMANƏT KİTABÇASI İTDİKDƏ VƏ RƏHMƏTƏ GEDƏN ƏMANƏTÇİ İLƏ BAĞLI NƏ İŞLƏR GÖRÜLMƏLİDİR?
- Əgər əmanətçinin əmanət kitabçası itibsə və ya oradakı hər hansı bir məlumat zədələnibsə o zaman Kapital bankda və ya filiallarda yaradılan xüsusi komissiyalara yaxınlaşmalıdırlar. Həmin komissiyada vətəndaşın müraciətinə baxılacaq. Əgər vətəndaşın müraciəti düzgündürsə, o zaman komissiya vətəndaşa həmin əmanətin qaytarılması üçün qərar verəcəklər. Hətta sərəncamda dünyasını dəyişən əmanətçilərin də əmanətlərinin qaytarılması nəzərdə tutub. Həmin pullar onların varislərinə veriləcək. Varis notarial qaydada varisliyi təsdiq olunmuş sənədi ilə kapital banka müraciət edəcək.
1 Komment
Elnur 03 Noyabr 2022
Salam men 1988 ci il tevelludem ala bilerem?
Şərh yazın