İşdə «gözə girməyin» 8 yolundan növbəti 2-si
ƏMƏLLƏRİNİZ NƏ QƏDƏR FAYDALI OLSA DA, SÖZ QƏDƏR UCADAN DANIŞA BİLMƏZ
Uğurlarından danışmağı sevməmək, özünü rəhbərliyin gözünə soxmamağa çalışmamaq indiki dövrdə günün tələblərinə cavab verməmək, zamanla ayaqlaşa bilməmək kimi qiymətləndirilir. Başını aşağı salıb işini vicdanla yerinə yetirənlər! Bununla rəhbərliyin diqqətini cəlb edəcəyinizdən o qədər arxayın olmayın. Necə deyərlər, ağacların arxasındakı meşəni görmək çox çətindir. Əməlləriniz nə qədər faydalı olsa da, söz qədər ucadan danışa bilməz.
Rəhbərliyin və həmkarların gözündə əlavə xal qazanmaq, yalançı ciddilikdən xilas olmaq istəyənlərə 8 məsləhətdən növbəti 2-si:
1. Kənarda qalmayın. Təşkilatınızda ən böyük problemin həllini boynunuza götürün. Əgər Siz bacarsanız, problemin öhdəsindən uğurla gəlsəniz, həmkarlarınız və rəhbərlik mütləq bunun fərqində olacaqlar.
2. Ünvanınza deyilən xoş sözləri qəbul edin. Kimsə sizi tərifləyəndə, «bu, o qədər də mürəkkəb məsələ deyildi», «bu problemi həll etmək üçün mənə bir neçə saat kifayət etdi» kimi tərifin miqyasını kiçildən cümlələr işlətməyin. Əksinə onun tərifini qiymətləndirdiyinizi göstərin: «Sağ ol, mənə çox xoşdur ki, sən mənim elədiklərimi diqqətdən qaçırmırsan».
0 Komment
Şərh yazın