İşdə «gözə girməyin» 8 yolundan növbəti 2-si
ƏMƏLLƏRİNİZ NƏ QƏDƏR FAYDALI OLSA DA, SÖZ QƏDƏR UCADAN DANIŞA BİLMƏZ
Uğurlarından danışmağı sevməmək, özünü rəhbərliyin gözünə soxmamağa çalışmamaq indiki dövrdə günün tələblərinə cavab verməmək, zamanla ayaqlaşa bilməmək kimi qiymətləndirilir. Başını aşağı salıb işini vicdanla yerinə yetirənlər! Bununla rəhbərliyin diqqətini cəlb edəcəyinizdən o qədər arxayın olmayın. Necə deyərlər, ağacların arxasındakı meşəni görmək çox çətindir. Əməlləriniz nə qədər faydalı olsa da, söz qədər ucadan danışa bilməz.
Rəhbərliyin və həmkarların gözündə əlavə xal qazanmaq, yalançı ciddilikdən xilas olmaq istəyənlərə 8 məsləhətdən növbəti 2-si:
3. Utancaq olmayın. Tədbirlərdə həmişə söz deyin. Elə yerdə oturun ki, sizi hamı görsün. Əgər təbiətən utancaq adamsınızsa, psixoloqa gedin ki, o, Sizi ictimai yerlərdə çıxış etməkdən çəkinmə kompleksindən qurtarsın.
4. Talantınızı özünüz üçün saxlamayın. Sizi başqalarından fərqləndirən keyfiyyətinizi nümayiş etdirin. Əgər Siz yaradıcı adamsınızsa, bütün tədbirlərin gözü olacaqsınız.
0 Komment
Şərh yazın