İşdə «gözə girməyin» 8 yolundan 2-si
ƏMƏLLƏRİNİZ NƏ QƏDƏR FAYDALI OLSA DA, SÖZ QƏDƏR UCADAN DANIŞA BİLMƏZ
Uğurlarından danışmağı sevməmək, özünü rəhbərliyin gözünə soxmamağa çalışmamaq indiki dövrdə günün tələblərinə cavab verməmək, zamanla ayaqlaşa bilməmək kimi qiymətləndirilir. Başını aşağı salıb işini vicdanla yerinə yetirənlər! Bununla rəhbərliyin diqqətini cəlb edəcəyinizdən o qədər arxayın olmayın. Necə deyərlər, ağacların arxasındakı meşəni görmək çox çətindir. Əməlləriniz nə qədər faydalı olsa da, söz qədər ucadan danışa bilməz.
Rəhbərliyin və həmkarların gözündə əlavə xal qazanmaq, yalançı ciddilikdən xilas olmaq istəyənlərə 8 məsləhətdən 2-si:
1. Uğurlarınızın səlnaməsini yazın. Bunun üçün «Word»də bir fayl yaradın ki, nailiyyətlərinizin uçotunu aparasınız. Hər dəfə qeyri-adi nə isə edəndə onu qeydə alın. Nə etmisiniz, sizin etdikləriniz niyə vacibdir? Bunları izah etməyə çalışın. İşinizlə bağlı başqalarının xoş rəylərini həmin fayla əlavə edin. Hər növbəti müzakirədən əvvəl həmişə bu fayldakıları oxuyun.
2. İnternetdə həmişə özünüzü və şirkətinizi təbliğ edin. Peşəkar müzakirələrdə şirkətinizin və özünüzün təcrübəsini bölüşməkdən çəkinməyin.
0 Komment
Şərh yazın