Pulu sevin və... cavanlıqdan onun qədrini bilin

Pulu sevin və... cavanlıqdan onun qədrini bilin

Xalqımızın çoxəsrlik mədəni tarixi, mentaliteti pula münasibətdə müxtəlif yanaşmalarla zəngindir. Bunların içərisində bəşəriyyətin bu nadir tapıntısına sevgi ilə yanaşı ironik münasibət də kifayət qədərdir. İlk dəfə pulu əl çirki adlandıran adamın adı indi bizə məlum olmasa da, bu ifadəni tez-tez sitat gətirib onu unutmağa qoymayan dost-tanışlar hamımızın ətrafında var.

Deyirlər, pul adamı korlayır. Buna etirazımız yoxdur, razıyıq. Amma pulsuzluq adamı daha çox korlayır. Elə ona görə də aşağıdakı yazını oxumağı məsləhət görürürk. Pulunuz bol, canınız sağ olsun!

AYLIQ ƏMƏKHAQQINIZIN ÜÇDƏ BIRINI KƏNARA QOYUN

Nə qədər cəlbedici səslənsə də, bəzən bu, bunu etmək mümkün olmur. Universiteti yenicə bitirən, ya da yeni övladı dünyaya gələn valideynlərdən bunu tələb etmək mənasızdır. Ancaq “ehtiyat üçün” böyük məbləğ sadəcə arzuolunan deyil, həm də zəruridir – bu, çətin anlarda (məsələn işdən çıxarılan zaman), yaxud arzunuza doğru getdiyiniz yolda ən yaxşı köməkdir. Təbii ki, böyük məbləğdə vəsait yığmaq üçün çoxlu əyləncələrdən imtina etmək lazım gələcək. Unutmayın, hesabınızda nə qədər çox pul olsa, siz özünüzü bir o qədər maliyyə sabitliyi vəd edən əsas  məqsədə yaxın his edəcəksiniz.

KARYERANIZIN INKIŞAFI ÜÇÜN PUL ƏSIRGƏMƏYIN

Gələcək qazancınızın artması naminə investisiya qoyanda xəsislik etməyin.  Bu, təkcə təhsil xərcləri deyil. Əgər yaxşı diktorsunuzsa səsinizin gələcəyinə, iş yerində xoş təəssürat bağışlamaq istəyirsinizsə, qarderobunuza qoyduğunuz xərclər də bu qəbildəndir.  Evə qulluqçu tutmağı da belə investisiyaya şamil etmək olar, çünki adətən təmizliklə məşğul olanda yeni nəsə oxumağa, ya da daha çox pul vəd edən iş elanlarına göz atmağa vaxtınız qalmır.

ƏVVƏLCƏ NƏYI ISTƏDIYINIZI MÜƏYYƏNLƏŞDIRIN

Əksər insanlar həqiqətən nəyi istədikərini bilmədikləri səbəbindən həyatda müvəffəqiyyətsizliyə uğrayırlar. Siz işdən çıxıb yeni şirniyyat mağazası açmaq istəyirsiz? Yoxsa realiti-şounun qəhrəmanı olmaq niyyətindəsiz? Ən çox istədiyiniz arzudan, məqsəddən danışmağa belə qorxanda məsləhət üçün sizi hamıdan yaxşı tanıyanlara müraciət edin. Sevdikləriniz, doğmalarınız və dostlarınız sizə fəaliyyətinizi daha ağıllı qurmağa, qorxularınıza üstün gəlməyə kömək edəcəklər.

PENSIYA HAQQINDA QOCALMAMIŞDAN DÜŞÜNÜN

Pensiya yığımına nə qədər tez başlasanız, bir o qədər yaxşıdır. Əgər siz bunun üçün əlavə pulunuzun olmağını gözləsəniz, ömrünüz boyu işləməli olacaqsınız, bu səbəbdən qocalanda xərcləmək üçün  pul yığmaq qərarını sabaha saxlamayın. Elə bu gündən fəaliyyətə başlayın.

 

P.S. Yazının hazırlanmasında Kimberli Palmerin “Qazanan nəsil: Xərcləməyin, investisiya qoymağın və onu geri qaytarmağın yolları” (Generation Earn: The Young Professional’s Guide to Spending, Investing, and Giving Back) kitabından istifadə olunub.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər