Ipoteka krediti alanlar evlər icbari sığortaya cəlb olunmalıdır?
Sual: Salam. Son vaxtlar Maliyyə Nazirliyinin mənzillər üçün icbari sığorta tarifini təsdiq etdiyini bildirirlər. Sualım ondan ibarətdir ki, şəhərlər üzrə bu məbləğlər nə qədərdir və mənzillərin hansı hallardan sığortalanması nəzərdə tutulur? Mən ipoteka krediti ilə ev almışam. Təbii ki, evi alanda sığorta etdirmişəm. Mənim üçün yenidən icbari sığorta etmək məcburiyyəti varmı?
Sevinc Xəlilova
Cavab: Əvvəlcə gəlin baxaq, qanunvericilik fiziki şəxslər üçün hansı təminat verilən sığorta hadisələrini nəzərdə tutur. Bunlar aşağıdakılardır:
• Yanğın, partlayış, ildırım vurması, idarə olunan uçuş aparatların və yaxud parçalarının düşməsi;
• Suyun təsiri (su təminatı, kanalizasiyası, yanğınsöndürmə sistemlərində baş verən qəza nəticəsində baş verən hadisə, qonşu mənzillərdən suyun daxil olması);
• Xarici təsirlər (avtonəgliyyat vasitələrinin vurması nəticəsində baş verən hadisə);
• Təbii hadisələr və fəlakətlər;
• Üçüncü şəxslərin qanuna zidd hərəkətləri (oğurluq, soyğun, qarət, sığortalanmış əmlaka üçüncü şəxslər tərəfindən qəsdən zərər yetirmə, dələduzluq, vandalizm)
Mənzillər üçün nəzərdə tutulmuş icbari sığorta haqqı, sığorta məbləği və azadolma məbləği bölgələr üzrə aşağıdakı cədvəldə göstərilib:
Şəhərlər Sığorta haqqı Sığorta məbləği Azadolma məbləği (Franşiza )
Bakı 50 azn 25.000 azn 250 azn
Gəncə, Sumqayıt
və Naxçıvan 40 azn 20.000 azn 200 azn
Digər yaşayış
məntəqələri 30 azn 15.000 azn 150 azn
Qeyd edim ki, burada azadolma məbləği sığorta şirkətinin məsuliyyət daşımadığı məbləğdir.
Sualınızın ikinci hissəsinə gəlincə, deməliyəm ki, əmlakın könüllü sığortalanmasından asılı olmayaraq icbari sığorta mütləq olunmalıdır. “İcbari sığortalar haqqında” Qanunun 8.4- cü maddəsində yazılır:
“Bu Qanunun Xüsusi hissəsində qeyd olunmuş hər hansı icbari sığorta növü üzrə sığorta təminatının könüllü sığorta müqaviləsində tam və ya qismən nəzərdə tutulması sığortalını müvafiq icbari sığorta müqaviləsini bağlamaq vəzifəsindən azad etmir”.
0 Komment
Şərh yazın