30-a yaxın mühasibin "Mühasiblər günü" ilə bağlı fikirləri

30-a yaxın mühasibin "Mühasiblər günü" ilə bağlı fikirləri

Mühasiblər gününü qeyd olunmasının ziyanı yoxdur. Bunun dünyada analoqu varmı-yoxmu, ona baxmalıyıq. Tarixə gəlincə, məncə aprelin 5-i daha uyğundur. İllik hesabatların bağlandığı rahat bir ortamda, qalib kimi bayramı qeyd etmək ikiqat maraqlı olar.

Rövşən Rəhimov

-------------------------------------------------------------

İlk növbədə həmişəki kimi maraqlı fikirlərlə oxucuların zövqünü oxşayan Monitor Konsaltinq jurnalının rəhbərliyi başda olmaqla bütün əməkdaşlarına oxucular adından öz minnətdarlığımızı bildiririk. Maraqlı təkliflə bağlı onu deyə bilərəm ki, Mühasiblər günü üçün əlamətdar bir gün seçilməlidir ki, mühasiblər həmin gündən faydalana bilsinlər.

Hörmətlə,

Sübhi Əsədov

-----------------------------------------------------------------------------------------------------

Mən Şəhla xanımın fikrilə tam razıyam. Hətta onun fikrini oxumamışdan öncə həmin təklifi işçilərimiz arasında irəli sürdüm. Şöbəmiz bütünlüklə bu təklifi bəyəndi.

Hörmətlə,

A.Qasımova

----------------------------------------------------------------------------------------------------------------------------------

Məncə, ən uyğun gün mayın 1-dir.

Ramin Mahmudov

 

----------------------------------------------------------------------------------------------------------------------------------

 

 

Fikrimcə, 21 aprel daha uyğundur.

Asif Əsgərov

----------------------------------------------------------------------------------------------------------------------------------

Məncə, ən uyğun gün “Mühasibat uçotu haqda” qanunun qəbul olunduqu tarixdir.

Rəşad Hüseynov

----------------------------------------------------------------------------------------------------------------------------------

Məncə, ən münasib tarix yanvarın 5-dir. Çünki yeni ildə mühasiblər çox yüklənirlər, yorulurlar, ona görə də yeni ildəki günlərin birini peşə bayramı kimi qeyd etmək yerinə düşərdi.

Aygul KH

----------------------------------------------------------------------------------------------------------------------------------

Mən istəyirəm ki, mühasiblər günü yox, iqtisadçılar günü qeyd olunsun, çünki mühasiblə iş bitmir. Sonra iqtisadi təhlil, proqnozlaşdırma şöbəsi bizdən in­ciyər.

Rövşən Quliyev

----------------------------------------------------------------------------------------------------------------------------------

Əslində, elə 10 noyabr Beynəlxalq Mühasiblər Gününü bayram kimi qeyd etmək olar.

Rəna Hüseynova

----------------------------------------------------------------------------------------------------------------------------------

Məncə, beynəlxalq aləmdə hansı günü qeyd edirlərsə, elə biz də həmin günü bayram edək.

Ülvi Alışov

----------------------------------------------------------------------------------------------------------------------------------

10 noyabr mühasiblər günüdür. Mühasibatlıq üzrə ali təhsil alanlar Luka Paçiolini tanımalıdırlar. Uçotun banisini. Bilməyənlər maraqlansınlar, belə bir gün var: 10 noyabr.

Azərbaycanda Mühasiblər Assosiasiyası varmı? Varsa, onların fikri maraqli olar, yoxdursa, bəlkə biz mühaisblər təskil edək? Kimin nə təklifi var?

Elnur Əliyev

----------------------------------------------------------------------------------------------------------------------------------

Mühasiblər günün qeyd olunması vacib deyil, əsas onlara qiymət verilməsidir. Əgər mühasiblər günü qeyd olunsa, sabah da mühəndislər, hüquqşünaslar öz peşə bayramlarının keçirilməsini tələb edəcəklər.

Teymur Buludov

----------------------------------------------------------------------------------------------------------------------------------

Əvvəla Allahın salamları olsun!

Təklif çox gözəl təklifdir. Şəhla xanımdan bir xahişim var. Mühasiblər gününü təyin etməkdən qabaq mks.az saytında olan “İldə bir gün həmrəy olan millətin bayramı” məqaləsini oxusun. Əgər mümkündürsə, mənim bu xahişimi Şəhla xanıma çatdırın.

Mühasiblər gününün qeyd olunması üçün birinci növbədə  milli mühasibat uçotu standartlarımızı beynəlxalq standartlarla əvəz etməliyik.

Təşəkkür edirəm.

Əliəkbər

----------------------------------------------------------------------------------------------------------------------------------

Çox gözəl fikirdir. Mən bu təşəbbüsü dəstəkləmək istəyirəm. O ki qaldı 01 aprel tarixinə, məntiqə uyğundur, lakin istəməzdim ki, mühasiblər günü bu tarixdə olsun. 1 aprel zarafat günüdür. Bizim isə işimiz çox ciddi işdir. Mən təklif edərdim 30 dekabr tarixini, hesabat ilinin son gününü.

Hörmətlə, Emin Babayev

----------------------------------------------------------------------------------------------------------------------------------

Məncə indiki şəraitdə bizə vətənpərvərlik günü lazımdır. Hər hansı bir ayın bir həftəsində bu mövzuda spartakiadalar, intellektual yarışlar keçirilsin. Ya da “Biz bu il nəyi unutduq” günü keçirilsin. Hər ilin sonunda özümüzə itirdiyimiz dəyərlər haqqında hesabat verək.

Rafael Nasirov

----------------------------------------------------------------------------------------------------------------------------------

Cox maraqlı bir fikirdir. Məncə, mühasiblər gününü qeyd etmək mütləq lazımdır. Çünki, mühasiblər, şirkət və təşkilatları faktiki olaraq idarə edən işçilərdir. Bir çox hallarda məhz mühasiblərin düzgün idarə etmələrindən şirkətlərin nə dərəcədə uğurla fəaliyyət göstərmələri müəyyən edilir.  Amma günü deyə bilmərəm. Çox guman ki, Azərbaycanda mühasibatlığın yarandığı gün deyilən bir tarixi hadisə və ya fakt yoxdur. Bu məsələyə aydınlıq gətirmək üçün, yəqin ki, kiçik bir araşdırma aparmaq gərəkdir. Ağlıma yalnız bir rəqəm gəldi: 20. Çünki hər rübdən sonra növbəti ayın 20-dək mühasibat hesabatlarının təqdim etmə "deadline"nı bitir və mühasiblər bir növ dincəlirlər. Amma hansı ayda bunu qeyd etmək olar, onu bilmirəm.

Hörmətlə,

İlqar Həsənli

----------------------------------------------------------------------------------------------------------------------------------

Düşünurəm ki, belə bir günə ehtiyac yoxdur. Mühasibatliq adi bir pesə sahəsidir. Əgər hər bir peşə sahəsinə ayrıca gün ayırsaq, onda başımız isdən cox bu günləri qeyd etməyə qarışar.

Elçin

----------------------------------------------------------------------------------------------------------------------------------

Məncə, mühasibatlıq günü kimi 29 fevral qeyd olunmalıdır.Ona görə ki, 29 fevral hər 4 ildən bir olur. Cunki muhasiblərin işi ciddi və çoxdur.

Anar Cəfərov

----------------------------------------------------------------------------------------------------------------------------------

Mən istərdim ki, mühasiblər günü illik hesabatın təqdimindən sonrakı gün olsun. Yaxşı olardı ki, ya martın 31-də,  ya da aprelin 1-i və ya 2-də mühasiblər peşə bayramlarını qeyd etsinlər.

Esmira Əhmədova

----------------------------------------------------------------------------------------------------------------------------------

Mən də öz növbəmdə bu fikri bəyənirəm. Çünki belə bir günün qeyd olunmasının həm mühasiblərin vahid qurum daxilində təşkilatlanmasına, həm də qarşılıqlı əməkdaşlığına böyük töhvə verə biləcəyini düşünürəm.

Mənim əlavə bir təklifim də var. Mühasiblərin qarşılıqlı əməkdaşlığı, təcrübələrin paylaşılması, ixtisasartırma və hüqüqların birgə müdafiəsini təmin etmək üçün mərkəzləşdirilmiş təşkilat yaradılmasının zamanı yetişmişdir.

Gələcəkdə elə bir mühit yardılmalıdır ki, mühasibə ehtiyacı olan müəssisələr məhz bu təşkilata müraciət etsinlər və peşəkar kadrlarla təmin olunsunlar. Bu təşkilatın normal fəaliyyətini təmin etmək üçün üzv olan mühasiblər müəyyən miqdarda üzvlük haqqı ödəməlidirlər.

Yaşar

----------------------------------------------------------------------------------------------------------------------------------

Əlbəttə, belə bir günün varlığı çox gözəl olardı,  amma 1 aprel  aldatma günü olduğundan  (mühasiblərdə aldatma olmaz) həmin ayın 7-10-u arası olsa, yaxşıdı.

Taleh Bədəlov

----------------------------------------------------------------------------------------------------------------------------------

Əlbəttə, lazımdır. Elə aprel ayında olsa yaxşıdır.

Salam Dadaşov

----------------------------------------------------------------------------------------------------------------------------------

Mühasiblər günü ilə bağlı irəli sürülən təklif təqdirəlayiqdir. Ona görə ki, Respublikanın iqtisadi və sosial inkişaf  tempi, dövlətin və bələdiyyələrin maliyyə təminatı məhz onların hazırladığı hesabatlardan keçir. Çox təəssüf ki, respublikadakı ikili uçot sistemi bu peşənin iflic olmasına gətirib çıxarıb. Belə ki, ikili uçot sistemində həqiqi vergi nəzarəti olmadığından belə bir vəziyyət bu sahəyə qeyri-ixtisas sahiblərinin axınına səbəb olub. Qeyri-dövlət sektorunda elə şirkətlər qrupu var ki, 45-50 mühasibdən 1-2 nəfər ixtisas sahibidir. Qalanları 2 aylıq kompüter kursunu, filologiyanı, flarmoniyanı qurtaranlardan ibarətdir. Vaxtı ilə Vergilər Nazirliyinə belə bir təklif ünvanlamışdıq ki, bütün fəaliyyətdə olan hüquqi şəxslərin qəbul etdikləri baş mühasiblər nazirliyin razılığı olmadan işə götürülməsinlər. Vergilər Nazirliyi həmin şəxslərin, ixtisasını, iş təcrübəsini və bu sahəyə dair biliklərini yoxladıqdan sonra razılıq versin. Belə olsa, bu sahədəki çatışmamazlıqlar qismən də olsa aradan qalxar.

Gələcəkdə formalaşacaq peşəkar mühasiblərin əməyi və onların ölkə iqtisadiyyatına verdiyi töhfələr  ilkin olaraq dövlət - Vergilər Nazirliyi və Sosial Müdafiə Fondu tərəfindən qiymətləndirilməli və təltif olunmalıdırlar. Eyni zamanda, bu peşənin dövlətin idarə olunmasındakı rolunu nəzərə alaraq, ilk öncə ilin 365 günündən bir gününü Mühasiblər günü kimi elan edilməsi  cənab Prezidentdən xahiş edilməlidir.  Təşəbbüs yerlərdən verilsə də, onun reallaşması üçün, işləmlər Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Sosial Müdafiə Fondu tərəfindən üçlükdə aparılmalıdır.

Qaldı bu günün hansı tarix olması, bu sahənin mütəxəssisi olaraq təklif edərdim 28 mart günü götürülsün. Ona görə ki, baş mühasiblərin ən ağır dövrü illik hesabatların hazırlanıb təqdim olunması dövrüdür. İllik hesabatların təqdim olunmasının son təqvim günü 31 mart olduğundan və bu gün artıq bağqa tarixi hadisə ilə xarakterizə olunduğundan 28 mart məqsədəuyğundur.

Təşəkkür edirəm.

Cəmşid Dərələyəzli

----------------------------------------------------------------------------------------------------------------------------------

"Məndə bununla raziyam, demek olarki, bütün peşə sahiblərinin günü qeyd olunur, bir təkcə mühasiblərə gün tapılmır? Yazda olsa daha yaxşı olardı. Məsələn aprelin 9-u, qələbə günündən 1 ay qabaq.

Nuranə

----------------------------------------------------------------------------------------------------------------------------------

Salam! Teklifiniz cox aktul, yaxshi, mene ele gelir ki, vacib meseledi. Bele bir gun kecmish SSRI-de de kecirilirdi. Muhasiblerin qiymetlendirilmesi, onlarin ishine, funksiyalarinin vacibiyine diqqetin artirilmasi ucun, daha dogrusu sahibkarlarda muhasibler haqqinda daha  ciddi fikir yaratmaq ucun, bu gun ve bu gunle elaqedar gorulesi tedbir mutleq lazimdi. Bildiyiniz kimi muhasibler yuksek maashla ferehlenmirler, istenilen sahede, bezileri cixmaq sherti ile, muhasiblerin maashlari cox-cox ashagidi. Bele bir gun hemde muhasiblerin ozunde de stimulemelgetirici kimi de cixish ede biler. Niye de yox, cox yaxshi olardi.

Zaur Rzayev

----------------------------------------------------------------------------------------------------------------------------------

Bu məsələ kimsəyə maraqlı olmasa da, təbii ki biz muhasiblər üçün çox önəmlidir. Çox təəssüflər olsun ki, bu günün bəzi ölkələrdə qeyd olunmasına baxmayaraq Azərbaycanda heç bu barədə söhbət getmir. Buna görə də mən bu təklifə qoşuluram və məndən asılı ola biləcək yardımı göstərməyə hazıram. ”Beynəlxalq mühasiblər günü” haqqında olan məlumatları da aşağıda diqqətinizə çatdırıram. 10 noyabr dünyada əlamətdar gün kimi qeyd edilir, bu gün dünya sakinləri tərəfindən “Ümumdünya gənclər günü”, “Sülh və inkişaf naminə elm günü” kimi qeyd edilir. Lakin, bu gün eyni zamanda “Beynəlxalq mühasibat günü” kimi də qeyd edilir. Əksər hallarda bu günü “Mühasiblər günü” kimi qeyd edirlər. Mühasiblər günün beynəlxalq səviyyədə qeyd olunması çox vaxtlar müzakirələrə səbəb olurdu. Belə ki, bir çox ölkələrdə bu gün milliləşdirildiyinə görə hər ölkə müxtəlif təqvim günlərində bu günü qeyd edirdi. Bu gününün tarixdə seçilməsi 1494 cü ilin 10 noyabr tarixində Venesiyada Luka Paçolinin “Hesab, həndəsə və proporsiyalar barədə” kitabının nəşri ilə əlaqələndirilir. Kitabın bir fəsli “Hesablar və digər yazılışlar” adlanırdı və Venesiyanın mühasibat işləri barədə məlumatlar öz əksini bu fəsildə tapırdı. Bu kitab ilk dəfə ikili yazılış sistemi barədə məlumatları özündəəks etdirirdi. Luka Paçoli kitabında qeyd edirdi:

- Əməkdaş debet kreditlə bərabərləşməyincə rahat yata bilməz. Luka Paçoli 1454-1514. Paçolini isə onun mühasibat sahəsində gördüyü işlərə görə bu günə kimi “mühasibatın atası” adlandırırlar və ehtiramla yad edirlər.Mühasibatlıq hər zaman məhsuliyyətli və şərəfli bir iş olmuşdur.
Iftixar Heydərov

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər