Təşkilat işçi seçimi ilə çox maraqlı yanaşma

Təşkilat işçi seçimi ilə çox maraqlı yanaşma

İdarəetməyə qeyri-adi yanaşma tərzilə seçilən Qafqaz Universtitetinin kafedra müdiri Səlim Özdəmir çoxillik elmi və praktiki təcrübəsini «MK»nın əməkdaşı ilə bölüşüb

Sual: Sizcə təşkilat işçi seçimini necə həyata keçirməlidir?
Cavab: Hazırda təşkilatlar əsasən 2 mərhələdən ibarət iş seçimi edirlər. İlk əvvəl məntiq suallarından formalaşdırılmış test imtahanı, sonra isə təxminən 15-20 dəqiqəlik müsabiqə olur. Bunların hansının düzgün olub-olmamasını qiymətləndirmək çox çətindir. Amma bu cür standart işəgötürmənin sonda adətən səhvlərə gətirib çıxardığı faktdır.  Digər tərəfdən unutmayın ki, iş üçün müraciət edənlərin ümidini əsla qırmaq olmaz. İşə qəbul olunmayan da təşkilatdan razı getməli və müsabiqədən keçməməsinin səbəblərini özündə axtarmalıdır. Sadəcə, iş üçün müraciət edənlərin çoxu işə qəbul prosesində sosial maska taxırlar. Yəni, 15-20 dəqiqə özlərini çox sakit və diqqətcil aparırlar. Bəzən müsabiqə komissiyasının üzvləri tərəfindən verilən təxribatçı suallardan belə rahatlıqla qaça bilirlər. Fikrimcə, məntiq testləri işə qəbul üçün istifadə olunan çox adi üsullardan biridir. Kimsə əzbərçi ola, hər şeyi əzbərləyə, testdən də uğurla keçə bilər, amma iş prosesində ondan heç bir xeyir götürə bilməzsiniz. Sizə işə qəbulla bağlı 2 təklif verə bilərəm. Birincisi odur ki, müraciət edənləri iş başında sınaqdan keçirmək lazımdır. Tutaq ki, katibə vakansiyası üçün müraciət edən şəxs telefonda zənglərə cavab versin və ya məktubların yazılmasında iştirak etsin. Yaradıcı insanlardan isə müəyyənləşdirdiyiniz mövzularda öz fikirlərini qeyd etmələrini xahiş edə bilərsiniz. İkinci təklifim bəlkə də bir az qeyri-adi görünə bilər. Misal üçün işə qəbulla bağlı müraciət edən şəxslər arasında bir oyun keçirsinlər. Bu futbol, basketbol və ya voleybol ola bilər. Fərqi yoxdur. Oyun zamanı həmin insanlar öz maskalarını çıxardırlar. Bu zaman daha çox haqsızlığa etiraz edən «oyunçunu» idarəetmədə yox, satışda sınamaq daha çox uğur gətirə bilər. Amma oyunçuları sakitləşdirən və fikrini səbrlə izah edən şəxsi menecer kimi işə qəbul etmək olar. Hər epizoda haqlı-haqsız etiraz edən şəxsin isə gələcəkdə işçilər arasında konflikt yaratması gözləniləndir. Bu oyunlar zamanı insanlar əsl simalarını ortaya qoyurlar. Şərq dünyasında bu özünü daha qabarıq şəkildə göstərir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər