"Accessbank" işçi seçimində nələrə diqqət yetirir?
«AccessBank»ın baş meneceri Andryu Pospilovskinin "MK"-ə müsahibəsindən
Sual: Əvvəlcə, Sizi və kollektivinizi «AccessBank»ın uğurları - «Financial Times» tərəfindən Şərqi Avropanın inkişaf edən bazarlarında 3 ən sabit bankdan biri elan olunmağınız, mikrokreditlər sahəsində yeni rekorda imza atmanız, «Fitch Ratings» tərəfindən reytinqinizin yüksəldilməsi və nəticədə Azərbay canın ənyüksək reytinqli bankı olmanız, kredit portfelinizin həcminin artması və nəhayət, «İlin bankiri» seçilməyiniz münasibətilə təbrik edirik. Xüsusilə, qlobal maliyyə böhranı şəraitində bu, ikiqat igidlikdir. Açıqlamalarınızda həmişə bir məqamı vurğulayırsınız ki, bütün uğurlar bir nəfərin deyil, kollektivin nailiyyətidir. Necə yaratdınız bu ideal kollektivi? İşçiləri işə qəbul edərkən əsas hansı keyfiyyətlərə diqqət yetirirsiniz?
Cavab: Təbrikə görə təşəkkür edirəm. Mən həmişə belə təbrikləri əmək daşlarımızın adına qəbul edirəm. Doğrudan da, bu, tək mənim deyil, bütün kollektivin əməyinin nəticəsidir. Onların hər birinin bu uğurda payı var. Uğur qazanmaq üçün kollektivin birgə səyi çox vacibdir. Hər şeydən əvvəl, yeniəməkdaşları işə götürərkən düzgün və şəffaf seçimə üstünlük veririk. Biz əməkdaşların ixtisaslarının artırılmasına, onların təlim keçməsinə böyük investisiyalar yatırırıq. Treninq mərkəzimizdə hər gün təlimlər keçirilir. Bunun nəticəsidir ki, hər kəs üzərinə düşən işin nədən ibarət olduğunu və onun öhdəsindən necə gəlməyi gözəl bilir. 7 il ərzində bankda əməkdaşların seçimi üçün konkret prosedurlar hazırlanıb. İşçi seçərkən onun əvvəlki təcrübəsindən daha çox, potensialına üstünlük veririk. Biz əvvəllər bank sektorunda işləyib təcrübə qazanmış işçiləri deyil, universiteti yenicə bitirmiş gəncləri işə cəlb etməyə çalışırıq. Onlara öz karyeralarını qurmaq üçün geniş imkanlar yaradırıq. İşçi seçimində əsaslandığımız konkret yanaşmalar və meyarlar var. Əsas fikir verdiyimiz cəhət, dediyim kimi onların potensialı, bank əməkdaşı üçün vacib olan dəqiqlik, əsas riyazi biliklərə malik olmaları, qabiliyyətləri və vərdişləridir. Bizim öz test sistemimiz var, testdən keçənlərlə görüş keçirib, onları müxtəlif şöbələrə yönəldirik. Bu prosesdə hər şey şəffaf və ictimaiyyət üçün açıqdır.
0 Komment
Şərh yazın