Yaxşı mühasibi bəlli edən əlamətdən 3 və 4-cüsü
3. Peşəkar mühasib kiminsə dediyinə (hətta müdirin belə) inanmamalı, hər şeyə şübhə ilə yanaşmalı, əmin olmaq üçün sənədləri özü yoxlamalıdır. Əgər firma rəhbəri mühasibini yoxlamaq istəyirsə, onu belə bir testdən keçirə bilər. Müdir malgöndərən firma ilə bağladığı müqavilədə qəsdən onun hesablaşma hesabında bir rəqəmi kəm yazır. Sonra müqaviləni mühasibə verir və həmin hesaba köçürmə etməsini tapşırır. Əgər mühasib kor-koranə səhv rekvizitləri köçürürsə, deməli o, peşəkar deyil. Yaxşı mühasib belə səhvi görməyə bilməz.
4.Müdir işə götürdüyü mühasibin əvvəllər haralarda işləməsilə maraqlanmalı, onun təcrübəli olub-olmamasını aydınlaşdırmalıdır. Uçot çətinlik dərəcəsinə görə şərti olaraq 3 yerə bölünür. Xidmət sahəsinin uçotunu aparmaq asandır, ticarətin uçotu isə orta dərəcəlidir. Ən çətini istehsal sahəsindəfəaliyyət göstərən firmanın uçotunu aparmaqdır. Əgər işə götürülən mühasib əvvəllər istehsal sahəsində çalışıbsa, elə güman etməyin ki, xidmətin və ticarətin uçotunu aparmaq ona su içmək qədər asan olacaq. Çox güman ki, onu yeni iş yerində problemlər gözləyir.
0 Komment
Şərh yazın