Azərbaycanda velosipedlə işə gedən bank müdiri kimdir?
«AccessBank»ın baş meneceri cənab Andryu Pospilovskinin “MK” jurnalının 10-cu sayına müsahibəsindən
Etiraf edim ki, idman zalına gedib məşğul olmağa vaxt tapmadığımdan işə velosipedlə gedib-gəlməyə hər şeydən əvvəl məşq kimi baxıram. Əvvəlcə velosipedlə qızımı uşaq bağçasına qoyuram, sonra işə gəlirəm. Bakıda çoxlu dostlarım var ki, işə velosipedlə gedib- gəlirlər. Belə demək mümkünsə,
qızını uşaq bağçasına velosipedlə aparan təkcə mən deyiləm. Bu qızımın da xoşuna gəlir və vaxta qənaət etməyə imkan verir. Maşınla getmək həm vaxt itkisidir, həm də stress. İngiltərədə velosipeddən istifadə çox geniş yayılıb. Parlamentdəki müxalifət partiyasının rəhbəri, əksər nazirlər şəhərdaxili nəqliyyat vasitəsi kimi velosipedə üstünlük verirlər. Sizə də məsləhət görürəm ki, maşınınızı bir tərəfə tullayıb, işə velosipedlə gedib gələsiniz.
0 Komment
Şərh yazın