Millət vəkili: “Sosial ayırmalar yüksək olduğundan çıxış yolunu ikili mühasibatlıqda görürlər”

Millət vəkili: “Sosial ayırmalar yüksək olduğundan çıxış yolunu ikili mühasibatlıqda görürlər”

Millət vəkili Vahid Əhmədovun "MK"-nın 29-cu sayına müsahibəsindən

Əməkhaqqı fondundan tutulan sosial ayırmaların faizi yüksək olsa da, dövlət büdcəsindən hər il Dövlət Sosial Müdafiə Fonduna ayırmalar həyata keçirilir.
Belə ki, ötən il 699 milyon manat, bu il isə 1 milyard manat dövlət büdcəsindən fonda ayırmalar edilib. Məbləğin 300 milyon manat çox olmasının səbəbi 2011-ci ildə pensiyaların artırılması idi. İşəgötürənlər əməkhaqqı fondundan yüksək məbləğdə sosial ayırmalar ödəməli olduğundan çıxış yolu kimi ikili mühasibatlıqlar aparırlar. Ona görə də vergi yükü aşağı olmalıdır ki, insanlar onu ödəməyə maraqlı olsunlar. Vergi ödəməyəndə sahibkarlar qorxu icərisində
yaşayırlar. Fərdi uçot sisteminin təsirini isə, düşünürəm ki, 2020-ci ildən sonra pensiyaya çıxanlar görəcəklər.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər