Dünyanın 10 ən xoşbəxt və bədbəxt peşələrinin siyahısı dərc olundu
Christian Science Monitor –a istinad edən Amerikan Forbes-i dünyanın ən xoşbəxt peşələrinin (işindən zövq alan) adını çəkir.
1. Ruhanilik. Sən demə ən çox o insanlar özünü xoşbəxt hiss edir ki, dünya təlaşından, gündəlik həyat qayğılarından uzaq yaşamağı üstün tuturlar.
2. Yanğınsöndürənlər. 80% yanğınsöndürənlər öz işindən çox razıdırlar. Onlar hiss edirlər ki, insanlara kömək edirlər.
3. Fizioterapevtlər. Daima insanlar ilə ünsiyyətdə olmaq və sənin həqiqətən də kiməsə kömək etdiyini hiss etmək bu peşə sahiblərini ən xoşbəxtlərdən birinə çevirir.
4. Müəlliflər. Əksər müəlliflər öz əsərlərinə görə çox gülünc miqdarda qonorar alır ya da ümumiyyət ilə heç bir əvəz ödənmədən dərc olunur, amma ola bilsin ki, məhz öz biliklərinin məhsulunu yazmaq insanlara daha çox xoşbəxtlik bəxş edir, nəinki ağır banknot parçası.
5. Korreksiya pedaqoqları, defektoloq müəllimlər ( müəyyən qüsurları olan şagirdləri müalicə edən). Əgər siz dağlarla pul arzusunda deyilsinizsə, sadəcə xoşbəxt işə sahib olmaq istəyirsizsə, insanlar üçün yol göstərən, nəsihətçi ola bilərsiniz. Sadəcə fərq ondadır bu insanlar digərlərinə çox da bənzəmir və özlərinə qarşı daha çox qayğı və diqqətə ehtiyac duyurlar.
6. Müəllimlər. Adi müəllimlər də öz peşələrindən razıdırlar, baxmayaraq ki. Hətta ABŞ-ın bir sıra ştatlarında da tədris sahəsinə xərclənən pullar xeyli azdır. Amma buna rəğmən cavanlar yenə də bu peşəni seçməyə davam edir və özlərini xoşbəxt insan kimi hiss edirlər.
7. İncəsənət adamları. Heykəltəraşlar, peyzaj rəssamları və həmçinin digər yaradıcı şəxsiyyətlər də, öz işlərindən məmnundurlar, baxmayaraq ki, onların əksəriyyətinin qismətinə böyük həyat sınaqları yazılmış olur və əsasən pulsuzluqdan əziyyət çəkirlər.
8. Psixoloqlar. Öz xəstələrinin bütün problemlərini həll edə bilməsələr də, belə görünür ki, psixoloqlar öz beyinlərində ki həşəratları sakitləşdirməyə nail olurlar. Bu da onlara həyatdan zövq almağa imkan verir.
9. Maliyyə xidmətlərinin satışı üzrə agent. Bu peşəyə sahib olan 65% insanı öz işi qane edir. Ola bilsin bunun əsas səbəbi məhz o amillə bağlıdır ki, bu insanlar çox dəbdəbəli və komfortlu ofislərdə həftədə cəmi qırx saat işləməklə ayda 90 min dollara yaxın pul qazana bilirlər.
10. İstismar (ekspluatasiya) mühəndisləri. Işdə səni belə nəhəng oyuncaqlar gözləyəndə -yəni buldozerlər, yükdaşıyan maşınlar, ekskavatorlar, qaldırıcı kranlar, iri nasoslar və bu kimi ruhda olan digər avadanlıqlar ilə işləməli olanda, bir gəl özünü xoşbəxt hiss eləmə! Birdə əksər hallarda bu kimi vəzifələrə vakansiya yerlərinin sayı ixtisaslı kadrların sayından daha artıq olur. Ona görə də bu sənəd sahiblərinin özlərini bəxtəvər hiss etməsi tamamı ilə başa düşüləndir.
Bu isə ən çox nifrət doğuran peşələrin (işdən zövq almayanların) siyahısıdır. Maraqlıdır ki, bu siyahıdan olan peşələri seçmiş insanlar qat-qat daha çox pul qazanır və cəmiyyətdə daha möhkəm sosial statusa malikdir. Lakin onlar iyerarxik bürokratiyanın əsirinə çevrilir və buna görə də gördükləri işdə elə də bir məna görmürlər.
1. IT-Direktor (CIO)
2. Satış və marketinq üzrə direktor
3. Product-maneger (məhsul üzrə menecerlər)
4. Aparıcı veb-tərtibatçılar
5. Texniki mütəxəssis
6. Elektrotexnik
7. Hüquqşünas
8. Texniki dəstək üzrə mütəxəssis
9. Dəzgah operatoru
10. Marketinq üzrə menecer.
P.S. Mühasiblər və HR-ləri hansı siyahiya əlavə edərdiniz?
0 Komment
Şərh yazın