RADARLARIN GİZLİNDƏ YERLƏŞDİRİLMƏSİ QANUNİDİR?

RADARLARIN GİZLİNDƏ YERLƏŞDİRİLMƏSİ QANUNİDİR?

DAXİLİ İŞLƏR NAZİRLİYİ BAŞ DÖVLƏT YOL POLİSİ İDARƏSİNİN ŞÖBƏ RƏİSİ, POLİS POLKOVNİKİ ƏRƏSTUN MƏCİDOVUN «MK» JURNALININ 5-Cİ SAYINA MÜSABİHƏSİNDƏN

Bizə də bu məsələ ilə bağlı sürücülərin şikayətləri daxil olur, onlar yolun kənarlarında gizlədilən radarlardan şikayət edirlər. Gəlin, bu məsələ nin qanunla necə tənzimlənməsinə nəzər salaq. Bir vacib məqamı qeyd edim ki, yol hərəkətinə nəzarəti yollarda Dövlət Yol Polisi əməkdaşları həyata keçirir. «Yol-Patrul Xidməti Haqqında» təlimatın tələbinə görə nəzarət aşkar, gizli və qarışıq olmaqla üç növə bölünür:

-hərəkətə aşkar nəzarət zamanı müfəttiş müəyyən olunmuş geyim formasında olmalı, dövlət standartına uyğun rəng qrafikasına malik avtomobildə və ya motosikletdə xidmət aparmalı, hərəkət iştirakçılarına yaxşı görünən yerdə durmalıdır;
-gizli nəzarət xüsusi rəng qrafikası olmayan əməliyyat-xidməti nəqliyyat vasitələrində, mülki geyimdə olan müfəttişlər tərəfindən, əsasən günün işıqlı vaxtında aparılır (qaranlıq vaxtı gizli nəzarət yalnız süni və kifayət qədər yaxşı işıqlandırılan yol sahələrində aparılır). Bu zaman aşkar olunan qayda pozuntuları barədə müfəttiş raport tərtib edir. Tərtib olunmuş raportlar nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə uçota alındığı ərazinin DYP
orqanına göndərilir;
-qarışıq nəzarət xüsusi rəng qrafikası olan və olmayan (iki) əməliyyat-xidməti nəqliyyat vasitəsindən istifadə olunmaqla polis geyim formasında olan müfəttişlər tərəfindən aparılır. Hər iki nəqliyyat vasitəsinin heyətləri bir-birilə radiorabitə əlaqəsi saxlayaraq aşkar etdikləri qayda pozuntuları barədə məlumat verir və müvafiq tədbir görürlər.

Yol kənarında, görünməyən yerdə radarın qoyulması məhz nəzarətin gizlin formasına uyğun olaraq həyata
keçirilir. Bir də ki, əgər sürücülər yol hərəkəti qaydalarına riayət etsələr, radarların harda yerləşdirilməsinin onlara nə yaxşı, nə də pis təsiri olacaq.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər