Qanunvericiliklə İşçi ilə son haqq-hesab hansı tarixlərdə aparılmalıdır?
Son tarix və gecikdirməyə görə hansı məbləğdə cərimə hesablanmasına RƏSMİ CAVAB
Sualı Dövlət Əmək Müfəttişliyi Xidmətinin ekspertləri cavablandırıb
Sual: İşçi 01 oktyabr 2017-cu ildə işdən azad edilib. İşçinin təşkilatdakı son iş günü 30 sentyabr 2017-cu il tarixi olmasına baxmayaraq ona son haqq-hesab üzrə məbləğ 06 noyabr 2017-cu il tarixdə edilib. Sizdən öyrənmək istərdim ki, Son haqq-hesab üzrə məbləğin gec ödənilməsinə görə təşkilatı hər hansı cərimə gözləyir?
Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 174-cü maddəsinin 4 və 5-ci bəndlərinə uyğun olaraq işçi işdən çıxarkən ona veriləcək bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Əmək mübahisəsi yaratdığı təqdirdə isə məhkəmə qaydasında həll edilməsi qanunvericilikdə nəzərdə tutulub.
7 Komment
Nicat 29 Yanvar 2019
Salam. Mən yanvar ayında 10 gun işləmişəm əmək müqaviləsi ilə O xaişim ilə işdən azad olmusam. Indi mən 10 günün pulu veriləcək?
nahid 28 Fevral 2019
salam. 5 ay işləyən işçiyə son haqq hesab düşür? yəni 6 ay olmayıb
nahid 28 Fevral 2019
salam. 5 ay işləyən işçiyə son haqq hesab düşür? yəni 6 ay olmayıb
Kamran 03 Aprel 2019
Salam 3 il 3 ay resmi iwlemiwem ve hec bir mezuniyyetde olmamiwam resmi maaw 180 mamat olub ve axir 3 ayin/250 manat men bilmey istiyerdimki menimnson haqq hesabim ne qeder edir
İlham 06 İyun 2019
Salam mən 08.05.2019 cu ildə tranzit store az mmc dən əmək məcəlləsinin 70 ci ç maddəsinə görə azad olunmuşam və mən bunu qeyri qanuni hesab edib dövlət əmək müfəttişliyinə 10.05.2019 da şikayət etmişəm və hələdə onların mənə dediklərinə əsasən araşdırma gedir tamamlanmayıb. Yəni mən bu araşdırmanın tamamlanmasını gözləmədən məhkəməyə əvvəlki iş yerimdən yəni transit store az mmc dən şikayət edə bilərəmmi?
sahin 22 İyul 2019
salam işçi 6 ayı tamam olmadan işdən çıxarıldıqda ona 5 ayliq son hesab hesablanmalıdırmı
Mahir 08 İyul 2021
Salam. Eger işçi 3 ay 15 gün işleyib işden çıxırsa o işciye son haa-hesab verilirmi? Eger verilirse hansı emek mecellesindeki maddeye esaslanib verilir.
Şərh yazın