ŞTAT CƏDVƏLİ BİLMƏLİ OLDUQLARIMIZ

ŞTAT CƏDVƏLİ BİLMƏLİ OLDUQLARIMIZ

Əmək Məcəlləsində Ştat cədvəli anlayışı var?
 
Sual:  Sualim ştat cədvəli haqqındadır. Ştat cədvəli nə zaman təsdiq olunur? 1 ay ərzində həm yeni işçi gəlir, həm də çıxır, vəzifə dəyişikliyi olur. Yanvar ayin 1-ə təsdiq eləmişdim. Yanvar ayında olan dəyişiklikləri necə edim? 1 ayda 4 dəfə ştat cədvəli hazırlamalıyam?
Zəhmət olmasa, sualımı ətraflı cavablandırasınız. Təşəkkürlər!
Aygün

Cavab: Bu haqda həm əvvəlki buraxılışlarda, həm də "Əmək münasibətləri A-dan Z-yə" kitabında məlumat vermişik. Ümumiyyətlə, ştat cədvəli anlayışı Əmək Məcəlləsində nəzərdə tutulmayıb. Bütün əmək münasibətləri əmək müqaviləsi ilə tənzimlənir. Sadəcə, praktiki olaraq hər bir işəgötürən özündə nə qədər işçi işə qəbul edə bilər, hansı vəzifələr olmaldıır, nə qədər əməkhaqqı verilməlidir kimi ikin planlaşdırma olan ştat cədvəlini tuta bilər. Onsuz da işçi işə qəbul olunanda əmrdə və digər sənədlərdə ştat cədvəli anlayışı yazılmır.Yəni, ştat cədvəli ilkin planlaşdırmadır. Ona görə də sizin halınızda ilkin ştat cədvəlinə heç bir dəyişiklik etmək lazım deyil.
Praktiki olaraq ştat cədvəli il başlamamışdan əvvəl tərtib və təsdiq olunur. Misal üçün, nəzərdə tutulmuş ştat cədvəlindən kənar vəzifəyə malik işçilər işə götürsəniz, ştatda olan saydan daha çox işçilər işə qəbul etsəniz, ilkin təsdiqləmədən sonra bir müddət keçəndən yeni ştat cədvəli təsdiq edə bilərsiniz.
Son olaraq bildirirəm ki, ştat cədvəlini tərdib edə də bilərsiniz, etməyə də. Bu, sizin səlahiyyətinizdədir.
----------------------------------------------------------------------------------------------------------------------
Əmək Qanunvericiliyi Toplusu 2018 kitabı satışda
 
www. Mks. az saytı yenidən nəşrləri ilə həmkarlarımızın görüşünə gəlir: "Əmək Qanunvericiliyi Toplusu -2018" kitabı satışda. Kitabda 01 yanvar 2018-ci il tarixinə olan dəyişikliklərlə Əmək Məcəlləsi, Nazirlər kabinetinin qərarları və sahəvi qurumların normativ hüquqi aktları yerləşdirilib.
Əlavə olaraq Əmək Məcəlləsinə son dəyişikliklər şərh olunub.  Üstəlik Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin ekspertlərinin əmək qanunvericiliyindəki bəzi mübahisəli məqamlarla bağlı rəsmi mövqeyi verilib.
Nəhayət, www.mks.az saytının ekspertlərinin bəzi aktual məsələrlə bağlı şərhləri yerləşdirilib.
Kitabı əldə etmək üçün bizim əlaqə vasitələrimizlə (012 564 86 85, 050 368 12 72) sifariş verə bilərsiniz.
Çatdırılma pulsuzdur. Kitab iki iş günü ərzində çatdırılır. Kitabın satış qiyməti 12 (on iki) manatdır.
 

3 Komment

  1. Ramil 21 Yanvar 2019

    Salam.Ştat cədvəli nədir və necə tərtib olunur?

  2. Hikmət Babayev 15 May 2019

    Salam. MMC-də ştat cədvəlinə ehtiyac varmı? Əgər varsa ştatdan əlavə işçinin işə qəbul edilməsinə yol verilirmi? əvvəlcədən minnətdarlığımı bildirirəm.

  3. Natiq piriyevv 29 İyul 2021

    Salam mən hal hazırda xəstədəxanada yatıram ancaq işlədiyim muesseyede xəstə olduğumu və buluten təqdim edəcəyimiz bildirmişəm.Muessise isə deyirki mənim yerimə işçi götürmelidir ancaq ştatda yer yoxdur.menim ərizə yazılıb işdən çıxmağını deyirlər.bele halda mən nə etməliyəm və şikayətimi hara və necə deməliyəm xaiş edirəm mənə köməklik edəsiniz.Cavabinizi gözləyirəm təşəkkürlər.

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər