Vergi ödəyicisi vergi orqanından borcunun olmaması haqqında arayışı necə əldə edə bilər?

Vergi ödəyicisi vergi orqanından borcunun olmaması haqqında arayışı necə əldə edə bilər?

Vergilər Nazirliyi bu suala aydınlıq gətirir.
 
Sual: Borcun olmaması barədə sənəd almaq istəyirəm, nə edim?
Zahidov İbadət
Cavab: Bildiririk ki, vergi ödəyicisi vergi borcunun olub-olmaması barədə arayışın alınması üçün uçotda olduğu vergi orqanına (o cümlədən əhatə dairəsinə aid olan  vergi ödəyicilərinə xidmət mərkəzlərinə) ) kağız daşıyıcıda sərbəst məzmunlu ərizə ilə əlbəəl və ya poçt vasitəsilə müraciət edə bilər.
Vergi ödəyicisinin gücləndirilmiş elektron imzası (o cümlədən Asan İmzası) və ya istifadəçi kodu, parol və şifrəsi olduqda vergi orqanına onlayn qaydada müraciət edə bilər. Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən vergi borcunun olub-olmaması barədə arayışın alınması üçün müraciətin edilməsi barədə ətraflı məlumatı “E-Xidmətlər” bölməsində yerləşdirilmiş elektron xidməti üzrə inzibati reqlament vasitəsilə əldə edə bilərsiniz.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

Yoxlamalar 2013                                                 
 Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın  istənilən ünvana çatdırılma pulsuzdur. 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər