Nizamnamə kapitalının artırılması ilə bağlı maraqlı sual
"MK" jurnalının eksperti Altay Cəfərov bu məsələyə aydınlıq gətirir.
Sual: Salam, sualım bank olmayan kredit təşkilatı MMC-yə aiddir. MMC-nin təsisçisi bir nəfərdir. Təsisçi müəssisənin nizamnamə kapitalını artırıb. Bir müddət sonra, zərurət yarandıqda təsisçi nizamnamə kapitalının minimum həddini gözləmək şərtilə nizamnamə kapitalından hər hansı bir həcmdə vəsaiti götürə bilərmi, yəni nizamnamə kapitalını azalda bilərmi? Əgər mümkündürsə, bu proses necə olmalıdır? Xahiş edirəm, nəzərə alasınız ki, bu, bank olmayan kredit təşkilatı, MMC ilə bağlı sualdır.
Füzuli Zahidov
Cavab: Hər bir hüquqi şəxs nizamnamə kapitalını artıra və azaldı bilər. Bu proses Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90-cı maddəsi ilə ilə tənzimlənir.
Maddə 90. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı
...
90.8. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının azaldılması bütün iştirakçıların mayalarının nominal dəyərinin azaldılması yolu ilə həyata keçirilə bilər. Bütün iştirakçıların mayalarının nominal dəyərinin azaldılması yolu ilə nizamnamə kapitalının azaldılması bütün iştirakçıların mayalarının nisbəti saxlanılmaqla həyata keçirilir. Cəmiyyətin nizamnamə kapitalının azaldılması cəmiyyətin ümumi yığıncağının qərarı əsasında həyata keçirilir. Nizamnamə kapitalının azaldılması haqqında ümumi yığıncağın qərarı qəbul edildikdən sonra nizamnamədə və ya cəmiyyətin ümumi yığıncağının qərarında müəyyən edilmiş müddətdə cəmiyyət özünün bütün kreditorlarına bu barədə yazılı məlumat göndərməlidir. Məlumat alındığı gündən bir ay müddətində cəmiyyətin kreditorlarının cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl yerinə yetirilməsini və ya xitamını, düşdükləri zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
“Mühasibat uçotu” kitabı – Yeni standartlarların geniş şəkildə izahı
504 səhifəlik, qalın üzlü “Mühasibat uçotu” kitabında Köhnə və yeni hesablar planının müqayisəsi, mühasibat müxabirləşmələri ilə yanaşı ilkin sənədlərin tərtibi və rəsmiləşdirilməsi qaydaları haqqında məlumat verilib. 1000-dən müxabirləşmədən istifadə olunan kitabda nümünəvi müqavilə formalarına, ilkin sənədlərinin doldurulması haqqında informasiyalara rast gəlmək mümkündür.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 25 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın