Əyani təhsil alanın təhsil məzuniyyəti necə tənzimlənir?
Əmək Məcəlləsindən çıxarışla sualın cavabı
Sual: Salam. Mən cəmi bir aydır ki, dövlət müəssisəsində işləyirəm. Eyni zamanda 1 kursda əyani magistr təhsili alıram. Bilmək istərdim ki, imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq mənə təhsil məzuniyyəti düşürmü, və bu məzuniyyət müddəti mən əməkhaqqı almalıyammı? Əvvəlcədən təşəkkür edirəm.
Ceyran
Cavab: Sualınızın cavabı Əmək Məcəlləsinin 124-cü maddəsindədir. Həmin maddənın uyğun hissəsinə nəzər salaq.
Maddə 124. Təhsil məzuniyyətlərinin müddətləri
1. Ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü, qalan kurslarda 40 təqvim günü, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə isə birinci və ikinci kurslarda 20 təqvim günü, digər kurslarda 30 təqvim günü müddətində məzuniyyət verilir.
Maddədən də tam aydın olur ki, ali təhsil alan tələbələrdən ancaq qiyabi təhsil alanlara təhsil məzuniyyəti verilir. Əyani təhsil alan tələbələr hər hansı bir formada işləyəndə onlara təhsil məzuniyyəti verilmir.
“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar
Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir.
Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67 və 050-265-72-65 saylı telefonla bildirməklərini xahiş edirik.
6 Komment
Səidə Kərimova 18 Oktyabr 2019
Salam. Mən bilmək istəyirəm .Hər tədris ili üçün qiyabi oxuyan işçiyə onun arayışına əsasən təhsil məzuniyyəti verilib. Kursda qalmış işçiyə təhsil məzuniyyəti düşür?
Nigar 10 Noyabr 2020
salam. Eyani tehsil alanlar isleyerek tehsilini davam etdire biler? Ve yaxudda men mektebde her hansi fenni tedris edirem 22 saatim var muddetli erize yazib 5 saat saxlamaqla diger saaatlarimdan muveqqqqeti imtina etmek huququm var?
lerikinternat 30 Noyabr 2020
SALAM HAR HANSİ MALİM magistraturada əyani oxuyursa maktabda eyni zamanda işlaya bilar
asef 30 Noyabr 2020
SALAM HAR HANSİ MALİM magistraturada əyani oxuyursa maktabda eyni zamanda işlaya bilar
Elmar 19 Aprel 2021
Salam. Bilmək istəyirəm ki, doktoranturada əyani təhsil aldıqda işləməyə icazə verilir mi ? İcazə verilmir deyilir ancaq qanun nə deyir onu bilmək istəyirəm.
cahandar 30 Noyabr 2021
Salam eyani kollec oxuyram.dovlet iwinde iwdiye bilerem?
Şərh yazın