Vəzifə dəyişikliyi ilə əlaqədar əmək məzuniyyətinin hesablanması ilə bağlı aktual sual
"MK" jurnalının eksperti Altay Cəfərovdan misallı izah
Sual: Birinci iş ili 01.10.2013-01.10.2014 olan işçi məzuniyyətə 01.04.2014-cü ildə cıxmışdır (30 gün müddətinə). 03.05.2014-cü ildə işçi yeni vəzifəyə təyin edildiyindən onunla yeni əmək müqaviləsi bağlanmış və məzuniyyət üçün birinci iş ili 03.05.2014-03.05.2015 göstərilmişdir. Bu zaman işçinin may ayındakı əməkhaqqından işləmədiyi dövr üçün hesablanmış məzuniyyət haqqını çıxmalı və ya düzəlişi aprel ayı üçün edib həmin ay üçün dəqiqləşdirilmiş bəyannamə vermək lazımdır? (01.10.2013-01.10.2014 dövrü üçün - 30/12*6 ay=15 günün məzuniyyət haqqı)?
Elşən
Cavab: Qeyd etməliyəm ki, fikirləriniz düzgün deyil. Belə ki, siz işçini işdən çıxarmamısınız ki, onunla haqq-hesab aparasınız və artıq verilmiş məzuniyyət günlərinə görə məbləği geri alasınız. İşçi öz məzuniyyətini tam istifadə edir. Həmin müəssisədə yeni vəzifəyə təyin olunanda isə onunla köhnə müqavilədə dəyişikliklər edilə və ya da yeni müqavilə bağlanıla bilər. Siz yeni müqavilənin bağlanılmasına üstünlük vermisiniz. Və həmin müqavilədə məzuniyyət sətrində açıqlama verilməlidir. Yəni, işçinin bu vəzifə üzrə iş ili 03.05.2014-cü ildən 03.05.2015-ci ilə kimidir. Amma işçinin işəgötürəndə işləyidiyi tarix 01.10.2013-cü ildən olduğuna görə əmək məzuniyyətinin müəyyənləşdirilməsi üçün iş ilinin başlanğıc tarixi bu tarixdən olmalıdır.
Bu tipli açıqlanmalar əmək müqaviləsinə əlavə olunmalıdır.
“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar
Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir.
Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67 və 050-265-72-65 saylı telefonla bildirməklərini xahiş edirik.
0 Komment
Şərh yazın